Sərnişin uşağını unutdu, təyyarə geri döndü

Səudiyyə Ərəbistanında südəmər körpəsini unutmuş sərnişinə görə təyyarə aeroporta geri dönüb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
İnsident Ciddə şəhərində Kral Əbdül Əziz adına beynəlxalq hava limanında qeydə alınıb.
Yerli KİV-də "Saudi Arabian Airlines" hava yolları şirkətinin komandiri ilə dispetçer arasında gedən danışıqların səs yazısı yayılıb.
Dispetçer təkrar-təkrar pilotun hansı səbəbə təyyarəni geri qaytardığını soruşub. Sonuncu isə qəzəbli şəkildə sərnişinlərdən birinin uşağını terminal binasında unutduğunu bildirib. (oxu.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















