• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan əhalisi qocalır

Ermənistan əhalisi qocalır
02.10.2014 09:43
“HelpAge International” təşkilatının “Global AgeWatch Index”i yaşı 60-dan çox olanların sosial və iqtisadi rifahı barədə hesabat yayıb.ANS PRESS-in məlumatına görə, BMT Beynəlxalq Yaşlılar Günündə nəşr olunan indeks Avstraliya, Qərbi Avropa və Şimali Amerikanı yüksək qiymətləndirir, axırıncı yerdə isə Əfqanıstandır.Hesabata əsasən 2050-ci ilədək dünya əhalisinin 21 faizinin yaşı 60-dan çox olacaq.Azərbaycan indeksdə yer alan ölkələr arasında olmasa da, ölkəyə aid səhifədə bəzi məlumatlar dərc olunub.“HelpAge International” hesablamalarına əsasən, hazıra Azərbaycanda əhalinin 8,8 faizinin yaşı 60-dan çoxdur. 2030-cü ildə bu rəqəmin 17,3 faiz, 2050-ci ildə isə 25,5 faiz olacağı təxmin edilir.Regiondakı digər ölkələrə baxanda, bu aşağı rəqəmdir. Belə ki, hazırda Ermənistanda əhalinin 14,7 faizinin yaşı 60-dan çoxdur, 2050-ci ilədək isə 31,5 faiz olacaq deyə hesabatda yer alır.Gürcüstan isə regionun ən "qoca" əhalisinə malikdir. Burada əhalinin 20,1 faizinin yaşı 60-dan çoxdur. 2050-ci ilədək təxmin edilir ki, bu rəqəm 32 faizə qalxacaq.Azərbaycanda sosial təqaüd ( 77 dollar (ÜDM-in 10,38 faizi), Ermənistanda 25 dollar (ÜDM-in 8,39 faizi) , Gürcüstanda isə 56 dollardır (ÜDM-in 18,48 faizi).Ümumi olaraq Gürcüstan indeksdə 28-ci yerdə, Ermənistan isə 40-cı yerdədir. Türkiyə 96 ölkə arasında 77-ci yer alır.Qocalmaq üçün dünyada ən yaxşı ölkə isə Norveçdir, 96 ölkədə qocaların həyat keyfiyyətini göstərən indeksdə belə deyilir.İndeks dörd sahəni ölçür: bunlar gəlirlər barədə əminlik, sağlamlıq, şəxsi bacarıqlar və insanın "imkan yaradan mühitdə" yaşamasıdır.Norveçdən sonra siyahıda İsveç, İsveçrə, Kanada və Almaniya gəlir.Bir sıra Latın Amerikası ölkəsi, xüsusilə Meksika və Peru, ən yoxsul yaşlılara vergilərlə maliyyələşdirilən "sosial təqaüd" vermək barədə öhdəliyinə görə indeksdə irəliləyişlər edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol