• $
  • €
  • ₽
  • ₺
  • £

Ölümcül virusdan sonra ikinci təhlükə - ACLIQ

Ölümcül virusdan sonra ikinci təhlükə - ACLIQ
29.09.2014 13:39

Qərbi Afrikada yayılan Ebola xəstəliyi yüzlərlə insanın canını almaqla yanaşı, bölgədə əkinçiliklə məşğul olan insanları öz fəaliyyətlərindən də məhrum edib

Qərbi Afrikada Ebola epidemiyasından ən çox təsirlənən Liberiya, Sierra Leona və Qvineyada  fövqəladə vəziyyət davam edir, bu ölkələrdə rəsmi dairələr bağlı saxlanılır, yüzlərlə insanın həyatını itirdiyi ölkələrin sərhədləri tamamilə bağlanılıb, giriş-çıxışlara icazə verilmir, hava yolu şirkətləri bölgəyə uçuşları dayandırıb. Tərəvəz-meyvə bazarları da bağlıdır. Artıq bir çox insanın ac olduğu xəbərləri yayılır.Dünya Aclıq Yardımı adlı Alman təşkilatının bölgə müdiri Jochen Moninger artıq 4 ildir Sierra Leonada yaşayır. Moninger keçən il bu ölkədə iqtisadi artımın 25 faiz yüksəldiyini, bu il isə Ebolanın bu rəqəmə təsir etdiyini, iqtisadi azalmanın müşahidə edildiyini söyləyib.Xüsusilə, sərhəd bölgələrdə vəziyyətin çox dözülməz olduğunu ifadə edən Moninger kəndlilərin qida məhsulları gətirdikləri həftəlik bazarların da bağlanıldığını deyib. Alman mütəxəssis epidemiya səbəbindən işçilərin hətta qonşu kəndə getməyə icazə verilmədiyini, tarlalarda heç bir iş getmədiyini və bu il heç bir hasilatın olmayacağı səbəbindən bölgədə aclıq və səfalətin pik həddə çatacağını deyib.Moninger bildirib ki, 2015-ci ilin fevral ayından etibarən bu bölgədə yaşayan 150 min adama xaricdən qida yardımı etmək lazım gələcək.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol