• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin masasında ölü ördək fotoları… – Bakıda işləmiş kəşfiyyatçının taktikası

Prezidentin masasında ölü ördək fotoları… – Bakıda işləmiş kəşfiyyatçının taktikası
17.04.2019 10:52
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ceyn Haspel 2018-ci ildə prezident Donald Trampı QRU polkovniki Sergey Skripalın zəhərlənməsinə görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək üçün ona ölü ördəklərin fotolarını göstərib.

 "The New York Times” qəzeti xəbər verir ki,  həmin ilin martında ABŞ-ın milli təhlükəsizliyə cavabdeh məmurları Ağ evdə toplaşaraq prezidentlə Skripalların zəhərlənməsi işini müzakirə ediblər. Məlumata görə London israr edirdi ki, ABŞ rusiyalı diplomatları ölkədən çıxarsın. Amma prezident Tramp bu məsələyə skeptik yanaşırdı. Hətta o Rusiya hakimiyyətinin tərəfini saxlayaraq "satqın zabitin təqib olunmasına” haqq qazandırırdı.

Belə olanda MKİ-nin o vaxtkı direktor müavini Ceyn Haspel prezidentə sakit, amma sərt tonda deyib ki, Rusiyanın bu hərəkətinə qarşı kəskin cavablar verilməlidir. O, "sərt variant” kimi 60 rusiyalı diplomatın ölkədən xaric edilməsini qeyd edib.


Haspel Trampı əmin edib ki, Skripal və qızı Rusiya kəşfiyyatının yeganə qurbanları deyil. Belə ki, o Trampa Britaniya kəşfiyyatının təqdim etdiyi və "Noviçok” əsəb-iflic qazının təsirindən zəhərlənmiş balaca uşaqların fotolarını göstərib. Bundan başqa Haspel rusiyalı kəşfiyyatçıların həmin əməliyyat zamanı səhlənkarcasına davranması nəticəsində ölən ördəklərin fotolarını da təqdim edib.

Qeyd olunur ki, Haspel prezidenti emosional obrazlarla yola gətirməyə çalışan yeganə məmur deyildi. Amma məhz onun taktikası effektli olub. Tramp qazdan zəhərlənən uşaqların və ölü ördəklərin şəkillərinə baxıb, görüşün sonunda Rusiyaya qarşı sərt sanksiyaların tətbiq edilməsinə razılıq verib.


Mənbələr deyiblər ki, həmin nəticə Haspelin Trampı fikrindən daşındıra bilə azsaylı şəxslərdən biri olduğunu göstərir. "Onun stili belədir ki, zəiflik göstərmədən belə situasiyalarda qarşısındakını tərksilah edir”-mənbə deyib.

Ceyn Haspel ötən əsrin 90-cı illərində ABŞ-ın Bakıdakı səfirliyində MKİ rezidenti kimi işləyib. Daha sonra Türkiyədə ABŞ kəşfiyyatının bürosuna rəhbərlik edib. (virtualaz.org)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol