• $
  • €
  • ₽
  • ₺
  • £

Ebola 3 günə 92 can aldı - Ölkə əhalisi qorxu içində!

Ebola 3 günə 92 can aldı - Ölkə əhalisi qorxu içində!
22.09.2014 21:00
Afrikanın qərbində yerləşən Syerra-Leonedə Ebola ilə bağlı vəziyyət kritik vəziyyətə çatıb, ölkə əhalisi qorxu içərisindədir. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, dünəndən ölkə əhalisinə rəsmi olaraq "küçəyə çıxmamaq yasağı" qoyulub. Bu qadağadan sonra xilasedicilər ölkənin ayrı-ayrı bölgəsində eboladan ölən adamların cəsədlərini toplayıb. Rəsmi xəbərlərə görə, son 3 gündə 92 nəfər öldürücü virusun qurbanı olub.Son 3 gündə qan analizi verən 123 nəfərdən 56-da virusa yoluxma faktı ortaya çıxıb və həmin adamlar qarantinə götürülüb. Digər nəticələrə görə, 31-də virus aşkarlanmayıb, 36-nın cavabının isə hələ dəqiqləşdirilmədiyi deyilir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, ebolanın yayıldığı ölkələr arasında Syerra-Leone birincilər sırasında gedir.Son dəqiqə xəbərlərinə görə, eboladan ölənlərin sayı 200-ə çatıb, amma bu xəbər rəsmi qaynaqlardan hələ ki, təsdiq olunmayıb.6 milyon əhali olan bu ölkədə könüllülər demək olar ki, bütün qəsəbə və kəndlərə gedərək onların xəstəliklə bağlı maarifləndirilməsini aparırlar.Mart ayından başlayaraq Qərbi Afrikada eboladan ölənlərin sayı 2600 nəfərə çatıb və 5 min adamda xəstəlik aşkar olunub. Bu adamlar hələ müalicə olunur və qarantində saxlanılır.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol