• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan həqiqəti söylədi

Sarkisyan həqiqəti söylədi
21.09.2014 11:35

Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda keçirilən "Ermənistan - Diaspora" adlı V forumun sonunda çıxış edərkən Dağlıq Qarabağ müharibəsinin bitmədiyini bildirib. 

ANS PRESS-in məlumatına görə, Sarkisyan birinci münaqişənin yalnız siyasi-diplomatik səthdə danışıqlar yolu ilə həllinin mümkünlüyünü qeyd edərək ikibaşlı çıxış fikirlər səsləndirib. “Müharibə hələ qurtarmayıb, sadəcə bizim qələbəmizi möhürləyəcək atəşkəs rejimindədir”-deyərək dünya ermənilərinə real vəziyyəti anladıb. 

Sarkisyanın çıxışının sonunda müharibədən belə cəsarətlə danışdığının və atəşkəsin niyə onlara xeyri olduğunu qeyd etməsinin səbəbi məlum olub. Sarkisyan bu fikirlərinin ardınca xaricdən gələn köməklə dolanan ölkəsinə diasporadan yenidən dəstək istəyib.

Xatırladaq ki, 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə Ermənistanla Azərbaycan arasında şiddətli hərbi ixtilaf gedib. Müharibə 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin dəvamıdır. Bu müharibənin nəticəsində 30.000 yaxın insan həlak olub, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalıb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatıb. Və bu atəşkəs səbəbilə biz itirilmiş torpaqıarımız 20 ildən artıqdır ki, işğal altındaddır.

ANS PRESS 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol