ABŞ Afrikaya da əsgər göndərir

ABŞ pis nəticələri ilə dünyanı qorxuya salan Ebola ilə mübarizə məqsdilə Afrikaya da 3 min əsgər personalı yollayır.
Qərbi Afrikada tüğyan edən öldürücü xəstəliklə mübarizə çərçivəsində ABŞ müəyyən addımlar atmağı planlaşdırır. Xəstəliyin olduğu bölgələrə yeni səhiyyə işçilərinin ezam olunması, yeni səhiyyə mərkəzlərinin yaradılması, eləcə də yerli tibb işçilərinin xəstəliklə bağlı peşəkarlıq dərəcəsinin artması qeyd olunan plana daxil olan məsələlərdir.Eyni zamanda ABŞ Liberiyanın paytaxtı Monroviada bu işləri idarə edəcək idarə quracaq. 3 min hərbçinin 2 həftə ərzində bölgəyə gələcəyi gözlənilir.Ümumdünya Səhiyyə Təşkilatının son statistik məlumatına görə, 2014-cü ilin fevral ayından indiyə kimi Afrikada 2 min 400 adam Ebolanın qurbanı olub. Xəstəliyin daşıyıcısı olaraq 4 min 784 nəfər qeydiyyata alınıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















