• $
  • €
  • ₽
  • ₺
  • £

İran-ABŞ müharibəsi baş versə, Azərbaycanı nə gözləyir?

İran-ABŞ müharibəsi baş versə, Azərbaycanı nə gözləyir?
24.05.2019 00:35
İranla ABŞ arasında son zamanlar yenidən güclənən qarşıdurmanın müharibə ilə nəticələnəcəyini düşünmürəm. Bu, hər iki ölkə və bütövlükdə dünya, region üçün çox ciddi fəlakətlərə səbəb ola bilər.

Düşünürəm ki, iki ölkə arasında ziddiyyətlər güclənsə də, müharibəyə, qanlı və sonu görünməyən savaşa gətirib çıxarmayacaq.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin (MM) Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü Hüseynbala Mirələmov İran-ABŞ gərginliyinə münasibət bildirərkən deyib.

Millət vəkili deyib ki, hər iki dövlət "soyuq müharibə”ni davam etdirsə də, proseslər "isti müharibə”yə doğru getməyəcək.

"Bu günə kimi iki ölkə dəfələrlə qarşı-qarşıya gəlib, qarşıdurma, ziddiyyətlər pik həddə çatıb, amma son anda müharibə variantı, hərbi yola əl atılması arxa plana keçirilib. Ona görə bu dəfə də belə olacağını ehtimal edirəm.

Eyni zamanda, Azərbaycan tarixən İranla qonşu, dost dövlət kimi, eyni zamanda, ABŞ-la yüksək əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə malik ölkə kimi, iki dövlət arasında yaranmış konfliktin aradan qaldırılmasında maraqlıdır.

Azərbaycan müstəqil və neytral siyasət yeridən sülhpərvər ölkə kimi iki dövlət arasında ziddiyyətlərin, qarşıdurmaların aradan qaldırılmasından yanadır.
Ona görə Azərbaycan öz mövqeyinə, öz siyasətinə sadiq qalaraq, yaranmış qarşıdurmanın aradan qaldırılmasını istəyir və bu istiqamətdə addımlar atır. Dünya, yaşadığımız region qanlı savaşlardan, müharibələrdən, qırğınlardan artıq bezib, təngə gəlib. Odur ki, yeni savaş, yeni müharibə kimsəyə gərək deyil”, – deyə millət vəkili əlavə edib.

Politoloq Aydın Mirzəzadə ABŞ-la İran arasında müharibə variantını istisna edir.

O hesab edir ki, İran ordusu dünyanın ən güclü ordularından biridir, ən müasir silahlarla silahlanıb. Eyni zamanda, İran daxilində dini birlik güclüdür:
Aydın Mirzəzadə"İraq və Suriyada olanların İranda yaşanacağı gözlənilmir. Bununla belə, nəzəri şəkildə bu məsələ reallaşarsa, savaş çıxarsa, birincisi, ABŞ uzunmüddətli və onun üçün ağır nəticələrə səbəb olan müharibəyə cəlb edilmiş olar.

İkincisi, Vyetnam və Koreya müharibələri bunun yanında yüngül bir variant olar. Ona görə ki, dediyim kimi, İranın silahlı qüvvələrinin özü də bu gün müasir silahlarla təchiz olunub və hərbi əməliyyatlar başlanarsa, İran ABŞ və onun ən yaxın müttəfiqlərinin İrandan kənardakı obyektlərini vurmağa cəhd edəcək.

Baxmayaraq ki, ABŞ iqtisadiyyatı buna tab gətirmək gücündədir, amma dünyanın iqtisadi və maliyyə sistemində çox ciddi pozuntulara gətirib çıxara bilər. Ən əsası isə neftin qiyməti kəskin şəkildə qalxar”.

A.Mirzəzadənin dediyinə görə, region dünyanın ən əsas neft ixracatçısıdır.

"Müharibə şəraitində artıq bir çox istehsalçılar-ixracatçılar öz fəaliyyətini dayandırmış olacaq, dünya sularında üzən gəmilər ora yaxınlaşmağa ehtiyat edəcək. Azərbaycana isə birbaşa olmasa da, bunun müəyyən qədər təsiri olacaq. Çünki Azərbaycanın hər iki ölkə ilə yaxşı münasibətləri var.

Biz konfliktin olmasında maraqlı deyilik. Həmişə tərəflərin barışmasına, onların ortaq bir məxrəcə gəlməsinə çalışmışıq. Nəzərə alsaq ki, Azərbaycanın qonşu ölkə kimi, İranla ticarət əlaqələri var, müharibə olacağı halda, bu əlaqələr zəifləyə bilər. Bu da həm İranın, həm Azərbaycanın iqtisadiyyatına müəyyən qədər təsir göstərəcək.

Eyni zamanda, belə demək mümkünsə, biz İranla güclü iqtisadi layihələrdə deyilik, ancaq bununla belə, müharibə istər-istəməz ticarətin, iqtisadiyyatın pozulmasına gətirib çıxara bilər.

Bəzən bildirirlər ki, müharibə olarsa, İrandakı azərbaycanlılar – Azərbaycan türkləri kütləvi surətdə Azərbaycana köçəcəklər. Bunu elə də ehtimal edilən variant kimi qiymətləndirmirəm. Ona görə ki, İrandakı azərbaycanlılar öz doğma torpaqlarında, tarixi ata-baba yurdlarında yaşayırlar və Qarabağ müharibəsi göstərdi ki, oradakı azərbaycanlılar heç də torpaqlarını atıb getməyə meyilli deyillər.

Bu baxımdan, belə bir hal olarsa, azərbaycanlılar İran vətəndaşları kimi öz torpaqlarını qorumaqda maraqlı olacaqlar. Ancaq müharibə heç də heç bir məsələnin həlli variantı deyil. O başqa məsələ ki, tərəflər öz münasibətlərində bu gün hərbi ritorikaya üstünlük verirlər və çox istərdik ki, bu, ritorikadan o tərəfə keçməsin.

Hər tərəf, xüsusilə bu bölgə yaxşı bilir, başa düşür ki, müharibə təkcə bu iki ölkə üçün deyil, dünya üçün çox ciddi problemlər yarada bilər.
Bu baxımdan, heç bir tərəfin – nə İranın, nə ABŞ-ın qarşısına qoyduğu məqsədə çatmasına dəstək olacaq”, – deyə millət vəkili bildirib.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol