• $
  • €
  • ₽
  • ₺
  • £

Yer kürəsində problem: Ehtiyyatlı olun!

Yer kürəsində problem: Ehtiyyatlı olun!
13.09.2014 14:59

Sentyabrın 11-də Günəşdə baş verən alışmalar Yerdə kifayət qədər güclü maqnit qasırğasının yaranmasına səbəb olub.

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, yerdə çox güclü maqnit qasırğaları baş verib. Onun sözlərinə görə, maqnit qasırğası dünən səhər 06:00-dan başlayıb 11:00-dək davam edib: “Sonradan nisbətən sakitləşib. Növbəti qasırğa isə axşam saat 19:00-dan başlayıb bu gün səhər saat 05:00-ə kimi davam edib. J3 balında olanda olan tsikli çox güclü qasırğadır. Kifayət qədər güclü maqnit qasırğası yerin maqnit sahəsini çox güclü silkələyib. İndi proses sönməyə doğru gedir. Amma maqnit qasırğaları təkrarlana bilər. Çünki günəş diskində maqnit qruplaşmaları əmələ gəlib, həm alışma baş verir, həm də plazma atılır. Qasırğalar davam edə bilər və bu da Yerə yenidən müəyyən təsir edə bilər”.

 

N.Cəlilov qeyd edib ki, sentyabrın 11-də Günəşdə baş verən partlayış 1,6 bal gücündə olub. Partlayışın Günəşdən birbaşa Yerə tuşlandığını deyən şöbə müdiri əlavə edib ki, partlayış nəticəsində yaranan  maqnit qasırğası yerə təsir gücünə görə növbəti Günəş aktivliyinin 11 illik tsiklinin ən güclüsüdür: “Yəni, son 11 ildə yerə birbaşa tuşlanan və təsir edən maqnit qasırğaları qeydə alınmayıb. İnsanları xəbərdar etmək lazımdır ki, yaxın 1-2 gün ərzində çox ehtiyatlı olsunlar. Bu proseslər təzyiq, ürək, qan-damar sistemində problemləri olan insanların səhhətinə müəyyən dərəcədə təsir edə bilər. Qorxulu bir şey yoxdur. Sadəcə, ehtiyatlı olsunlar”.

ANN.Az

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol