• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən amansız hakerləri - SİYAHI

Dünyanın ən amansız hakerləri - SİYAHI
10.09.2014 10:07
ANN.Az dünyaca məşhur və qorxulu hesab edilən 10 hakerin siyahısını və barələrində qısa məlumatı oxucularına təqdim edir.1. Conatan Ceyms - (Jonathan James)Hakerlikdə günahlandırılaraq tutulan, ittiham olunan və həbslə cəzalandırılan 18 yaşdan balaca kompüter istifadəçisi. Onun həbs olunan zaman 16 yaşı olub. Conatan Ceyms ABŞ-ın müdafiə nazirliyindəki komputerlərdən birinə "Arxa qapı" ("Backdoor") proqramı yerləşdirməyə müvəffəq olub, eləcə də NASA komputerlərindən 1.7 milyon dollarlıq yazışma oğurlayıb.Ona 10 il həbs cəzası kəsilib, daha sonra cəza 6 aya endirilib. Hələ də onun üzərində komputerə toxunmamaq qadağası var.2. Adrian Lamo - (Adrian Lamo)"Evsiz haker" olaraq adını tanıdan Lamonun ən çox səs-küy salan "əməliyyatı" "New York Times" və "Microsoft"un sisteminə daxil olmasıdır. Eyni zamanda onu "Yahoo", "Bank of Amerika", "Citigroup" və "Cingular" sisemlərinə də daxil olması ehtimal edilir.Üzərində 65 000 dollar cərimələnməsi ilə bağlı məhkəmə hökmü var, 6 ay ev dustağı olub və 2 il komputerə toxunmamaq qadağası ilə yaşayıb. Cəzasını çəkib və hazırda azadlıqdadır.3. Kevin Mitnik - (Kevin Mitnick)Özünün dediyinə görə, "qabardılmış nüfuz qurbanı" olan Mitnik Ədliyyə Nazirliyinin elan etdiyi ABŞ tarixində "ən çox axtarılan" komputer günahkarıdır. Onun haqqında iki film çəkilib: "Freedom Downtime" və "Takedown".Telefon sistemlərini hack etmək, "Digital Equipment Corporation"ın komputerlərinə daxil olaraq yazışmaları oğurlamaq onun ən yaddaqalan "əl işləri"dir.5 il həbs, azadlığa çıxdıqdan sonra isə 8 ay komputerə toxunmamaq qadağası ilə cəzalandırılıb. Cəzasını çəkib və hazırda azadlıqdadır.4. Kevin Pulsen (Kevin Poulsen)Kod adı "Dark Dante" olan Pulsenin ən yaddaqalan peşəkar hərəkəti Los-Ancelos radiosunun "KİİS-FM" telefon xətlərinə girərək radiodakı müsabiqədən özünə 1 ədəd "Porsche" avtomobili və başqa bir serial mükafatı qazandırması olub. O, eyni zamanda federalların komputerlərinə müdaxilə etməsi ilə də şübhəli bilinir.5 il həbs yatıb. Hazırda azadlıqdadır və jurnalist kimi fəaliyyətini davam etdirir.5. Robert Tapan Moris (Robert Tappan Morris)Dünyanın ilk "soxulcan yazışması" olan "Moris soxulcanı"nın yaradıcısı Robert bu proqramı əslində "internetin nə qədər böyük olduğunu test etmək üçün" yaratdığını iddia edir, əslində isə bu proqram vasitəsilə çox böyük sayda komputerə daxil olub yaddaşda olan məlumatların mənimsəmək mümkündür.3 il həbs həyatı yaşayıb, 400 saat ictimai işlərdə çalışıb və 10500 dollar cərimələnib.6. Stefan Uaznayk (Stephen Wozniak)   "Apple"in "Woz" ləqəbli ağdərəli qurucularından biri. Gənclik illərində telefon sistemlərini hack edən və havayı şəkildə uzaq məsafələrdəkilərlə danışmağı sevən tanınmış hakerdir. Uaznayk Stiv Cobsla bərabər "Apple"i yaradıb və komputer dünyasında yeni mərhələ başladıb.7. Tim Berners Li - (Tim Berners-Lee)"Word Wide Web" yəni "www" konseptinin yaradıcısı. Ağdərili haker kimi tanınan Tim universitet illərində hakerlikdə günahlandırılaraq  cəza alıb və komputerlərdən 3 il müddətinə istifdəsinə qadağa qoyulub. Universitet illərində özünə komputer yaradıb. O, eyni zamanda "hypertext" (http) sisteminin də yaradıcısıdır.8. Riçard Stalman  - (Richard Stallman)GNU layihəsinin atası hesab olunan Stalman hələ məktəb illərində xüsusi təhlükəsizlik orqanının əsas ofisində "peşəkar ağdərili haker" kimi "Emacs" layihəsində çalışıb. Hər cür şifrəli mühafizə sistemini dağıdıb ora daxil olmaq fərasəti var.9. Tsutomu Şimomura - (Tsutomu Shimomura)Ağdərili haker olaraq adını Kevin Mitnik səviyyəsinə çatdıran peşəkarlardan biri. FBİ ilə əməkdaşlığa girərək vaxtilə özünü dünyanın tanınmışlarından edən Mitnikdən intiqam ala bilib. Hər cür mobil telefonu asan şəkildə "zərərsizləşdirmək"də usta birisidir.

Hazırladı NurayANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol