• $
  • €
  • ₽
  • ₺
  • £

Parlamentdə dava - əlbəyaxa oldular - VİDEO

Parlamentdə dava - əlbəyaxa oldular - VİDEO
25.06.2019 15:06
Gürcüstan parlamentində hakim "Gürcü Arzusu” və müxalif "Milli Hərəkat”, "Avropalı Gürcüstan” partiyalarının deputatları arasında qarşıdurma yaşanıb.
"Sputnik Gürcüstan”ın məlumatına görə, müxalif deputatlar birinci vitse-spiker Tamara Çuqoşvilidən aksiya iştirakçılarının tələblərini, o cümlədən, Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını müzakirə etməyi tələb ediblər.

Bəyanatdan sonra deputatlar bir-birinin ünvanına kəskin ifadələr səsləndirərək, əlbəyaxa davaya keçiblər.Bundan sonra T.Çuqoşvili texniki fasilə elan edib və müxalif deputatlar etiraz əlaməti olaraq zalı tərk ediblər.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun həmin vaxt Bakıda səfərdə olan parlament sədrinin kürsüsündə əyləşərək, iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Tbilisi küçələrinə çıxan aksiyaçılar parlament sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Yaranmış vəziyyətlə əlaqədar Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak edən İ.Kobaxidze səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb və vəzifəsindən istefa verib.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol