• $
  • €
  • ₽
  • ₺
  • £

“Ebola” rekord vurur

“Ebola” rekord vurur
06.09.2014 00:00
Ölümsaçan Ebola qızdırması virusunun hücumları davam edir. Bu təhlükəli xəstəliyin qarşısını almaq üçün milyonlarla xərc tələb olunur. AzərTAc xəbər verir ki, BMT-nin hesablamalarına görə, Qərbi Afrikada Ebola qızdırması virusu ilə mübarizə üçün azı 600 milyon dollar vəsait xərclənilməlidir. Xəstəliyin qurbanlarının rəsmi sayı iki min nəfərə yaxınlaşır.Ebola qızdırması virusundan ölənlərin sayı 1900-ü keçəndən sonra Dünya Səhiyyə Təşkilatı (DST) təsdiq edib ki, bu xəstəliyin əvvəlki epidemiyasının kədərli rekordu təzələnib (1976-cı ildə bu virusdan 24 nəfər ölüb). Təkcə ötən həftə ərzində Ebola qızdırmasından təqribən dörd yüz nəfər dünyasını dəyişib.DST-nin baş direktoru Marqaret Çan Qvineya, Syerra Leone və Liberiyada Ebola virusuna təsdiq edilmiş və potensial yoluxma hallarının 3500-ə çatdığını bildirib və qeyd edib ki, epidemiya sürətlə yayılır. Nigeriyada, Seneqalda, Konqo Demokratik Respublikasında da bu virusa yoluxma halları qeydə alınıb.Xanım M.Çan jurnalistlərlə söhbətində bildirib ki, yaranmış böhrana qarşı qlobal tədbirlər sayəsində bu xəstəliyin 6-9 ay ərzində dayandırıla biləcəyinə ümid bəsləyir.“Sərhədsiz həkimlər” təşkilatının prezidenti Coann Lyu isə təşvişlə bildirib ki, dünya birliyi bu təhlükəli xəstəliyin qarşısında acizdir.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol