• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvili Yunanıstanda saxlanıldı

Saakaşvili Yunanıstanda saxlanıldı
03.09.2014 09:24
Gürcüstan Baş Prokurorluğu sabiq prezidentin Yunanıstanda saxlanılması barədə məlumat yayıb

 Gürcüstan Baş Prokurorluğu ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin Yunanıstanın Samos adasında müvəqqəti saxlanılması ilə bağlı məlumat yayıb. APA-nın xəbərinə görə, Baş Prokurorluğun məlumatına görə, keçmiş prezident bir neçə saat ərzində yunan polisinin nəzarəti altında olub. “Sentyabrın 1-də Gürcüstan Baş Prokurorluğuna Yunanıstanın hüquq-mühafizə orqanları tərəfindən daxil olan məlumata əsasən, Mixail Saakaşvili Yunanıstan ərazisindən keçməyə cəhd edərkən yerli polis tərəfindən nəzarətə alınıb. Lakin Saakaşvili barəsində beynəlxalq axtarış elan olunması ilə bağlı “qırmızı sirkulyar” verilmədiyindən Yunanıstan polisi onu bir neçə saatdan sonra azad etməli olub”, deyə Gürcüstan Baş Prokurorluğunun məlumatında bildirilir. Məlumatda, həmçinin, qeyd olunub ki, Mixail Saakaşvilinin beynəlxalq axtarışa verilməsi ilə bağlı lazımi sənəd paketi artıq İnterpola göndərilib. Qeyd edək ki, bir neçə gün öncə Mixail Saakaşvilinin partiyasının üzvləri ilə birlikdə Türkiyə ərazisində Gürcüstanın “Sarp” sərhəd keçid məntəqəsinin bir neçə yüz metrliyində toplantı keçirməsi barədə video görünütü yayılıb. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol