• $
  • €
  • ₽
  • ₺
  • £

Putin: Kiyevi iki həftəyə alaram...

Putin: Kiyevi iki həftəyə alaram...
02.09.2014 13:05

“Rusiya Avropa ilə müharibə astanasındadır”

Rusiya prezidenti Vladimir Putin Avropa Komissiyasının prezidenti Joze Manuel Barrosu ilə danışıqlar zamanı Ukraynanın paytaxtı Kiyevi iki həftəyə ala biləcəyi ilə hədələyib.

Oxu.Az “Ukrainski Pravda”ya istinadən xəbər verir ki, bu barədə italyan qəzeti Repubblika Avropa Şurasının avqust ayının 30-da keçirilən iclasına həsr olunmuş məqaləsində məlumat yayıb.

“28 dövlət rəhbərlərinin arasında birlik yoxdur. Əsaən üç dövlət tutunur: Macarıstan, Slovakiya və Kipr. Bu ölkərlər Rusiyanın maraqlarından asılıdır və işğaldan qorxurlar və Rusiyanın iqtisadi cavabı onların boğazına kəndir salmış olar”, - müəllif yazıb.

Amma Baltikyanı ölkələr Avropanın “kürdlərlə olduğu kimi Ukraynaya da rusiyalı separatçılarla mübarizə aparmaq üçün silah göndərməyi” üçün inad edirdilər.

Litva prezidenti Dali Qribauskaytenin sözlərinə görə “Rusiya Avropa ilə müharibə astanasındadır”.

Almaniya kansleri Angela Merkel də Rusiyaya qarşı daha sərt sanksiyalara çağırıb, bildirib ki, Moskva ilə bütün danışıqlar cəhdi səmərəsiz qalıb.

“Bizim diplomatik kanalların açıq qalması üçün göstərdiyimiz bütün səylərə baxmayaraq Putin boş vədlər verib və Ukraynanın şərqində vəziyyəti daha da gərginləşdirməkdə davam edib” deyə Merkel bildirib.

Nəşr yazır ki, avropa liderləri, “Putinin hərəkətlərində gözlənilməzlik sərhədsizdir. Onu artıq rasional oyunçu adlandırmırlar, onun hərəkətlərinə milliyyətçilik rəhbərlik edir”.

Repubblika-nın məlumatına görə Merkel, « Rusiya ilə əlaqədar çıxışlarında adətən təmkinlidir, amma o da Ukraynadan sonra növbənin Latviya və Estoniyaya da çata biləcəyini” bəyan edib.

Bundan sonra Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso söz alıb və Putinin telefon söhbəti zamanı hansı təhdidlərlə çıxış etdiyini danışıb.

Barroso deyib ki, o, Putindən rus qoşunlarının Ukraynaya müdaxiləsi haqda soruşmağa cəhd edib. Lakin Rusiya prezidenti dərhal hədələməyə başlayıb və bildirib: “Problem ondadır ki, əgər mən Kiyevi almaq istəsəm bunu cəmi iki həftəyə edərəm”.

Böyük Britaniyanın baş naziri Devid Kemeron Rusiyanın Krım kimi Ukraynanın şərqini də cəzasız şəkildə ələ keçirməsinə imkan verməməyə çağırıb.

“O, Krımı artıq ələ keçirib. Biz ona bütün ölkəni ələ keçirməyə imkan verə bilmərik. Çünki biz 38-ci ildə Münhendə edilmiş səhvi təkrar edə bilərik. Biz sonra nəyin baş verəcəyini də bilmirik,”  - Nəşr Kemeronun sözlərindən sitat gətirib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol