• $
  • €
  • ₽
  • ₺
  • £

Putindən Qərbə silah təhdidi

Putindən Qərbə silah təhdidi
31.08.2014 15:00

Rusiyanın Tver bölgəsində təşkil edilən "Seliger 2014" Gənclik Forumunda danışan Rusiya dövlət başçısı Vladimir Putin Qərb ölkələrinə Rusiyanın nüvə gücünü xatırladıb və "Bizimlə qarşıdurmaya girməmək ən yaxşısı olar" deyə təhdidedici mesaj göndərib.

Anspress-in məlumatına görə, Kiyevi Cənub-Şərqi Ukraynada Donbass nümayəndələri ilə müzakirələrə başlamağa məcbur etmək lazım olduğunu ifadə edən Putin "Müasir mədəni qaydalar çərçivəsində insanların qanuni hüquqları və maraqları nəzərə alınmalı" deyərək bunun ardından təhlükəsizlik və sərhəd məsələlərinin daha asan danışılacağını qeyd etdi. Rusiya Dövlət Başçısı ölkəsinin qarşıdurmalara girmək istəmədiyini və planlaşdırmadığını, ancaq bütün hücumları dəf etməyə hazır olduğunu açıqlayıb.

Putin kimsənin Rusiyaya qarşı qarşıdurma çıxartmağı ağlının ucundan keçirəcəyinə inanmadığını dedi. Dövlət başçısı "Rusiya, hər hansı böyük bir qarşıdurmaya girməkdən uzaqdır. Bunu istəmirik, bunu etməyi də düşünmürük, lakin buna baxmayaraq hər zaman Rusiyaya qarşı bütün hücumları dəf etməyə də hazırıq. Əməkdaşlarımızın ölkələri nə vəziyyətdə olursa olsun, hansı xarici siyasət anlayışına uyğunlaşırsa uyğunlaşsın hər zaman bizimlə qarşıdurmanın onlar üçün pis olacağını bilmələri lazımdır. İndiki vaxtda Rusiyaya qarşı böyük bir qarşıdurma başlamaq fikrinin kimsənin ağlının ucundan belə keçmədiyini düşünürəm" bildirərək, Rusiyanın dünyanın ən güclü nüvə dövlətlərindən biri olduğunu da xatırladıb.

Ukraynada bu gün Avropa dəyərləri birinci tutularaq müxaliflərin hərbi yollarla basdırılmasının aydın olduğu üçün üzüldüyünü ifadə edən Putin ABŞ və Avropa ölkələrinin Ukraynada iqtidarın şiddət yoluyla dəyişdirilməsinə siyasi dəstəyinin və iştirakının ölkə xalqının narazılığına yol açdığını qeyd etdi. Rusiya lideri "İndi Cənub-Şərqi Ukraynanın bu narazılığı döyüş təyyarələri, toplar, raket və tanklarla kobudcasına basdırılmaya çalışılır" deyə bildirib.

Rusiya dövlət başçısı "Əgər müasir Avropa dəyərləri budursa, onda mən gözləmədiklərimi yaşayıram" deyə fikir bildirib.

Qaynar.info

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol