• $
  • €
  • ₽
  • ₺
  • £

Onlar Rusiyanın ən zəngin ailələridir - SİYAHI

Onlar Rusiyanın ən zəngin ailələridir - SİYAHI
28.08.2019 13:39
Qutseriyevlər artıq beşinci ildir ki, ən zəngin Rusiya ailələrinin reytinqində birinciliyi qoruya bilir.
"RİA Novosti"nin xəbərinə görə, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
"Safmar" qrupunun təsisçisi Mixail Qutseriyev və onun ailəsinin sərvəti bir ilə 320 milyon dollar azalaraq, 5,65 milyard dollar təşkil edib.

Bununla yanaşı, Səid Qutseriyevin kapitalı iki dəfə artıb: yanvarda atası Kiprdəki "Landbury Trading"də olan payını ona ötürüb. "Safmar Maliyyə investisiyaları" holdinqinin aksiyalarının 30,4 faizi bu şirkətə aiddir. Dayısı Sait-Salam isə Səidə neft şirkətlərində və "M.Video" məişət texnikası satışı şəbəkəsindəki payını verib.
"Forbes" siyahısında ikinci yer 5,18 milyard dollarlıq var-dövləti olan Rotenberqler ailəsinə məxsusdur. 2014-cü ildə onların aktivləri Arkadi və Boris qardaşları arasında bölünmüşdü və indikindən 370 milyon dollar çox idi. Sonralar isə qardaşlara qarşı beynəlxalq sanksiyalar tətbiq olunduqda aktivlərin bir hissəsi Arkadinin oğlu İqora və qızı Liliyaya keçib.

Üçüncü yerdə Şaymiyevlər ailəsidir. Tatarıstanın birinci Prezidenti Mintimer Şaymiyevin oğulları  Radik və Ayrat regionun ən zəngin sakinləri statusunu saxlamaqdan əlavə, öz kapitalını artıra da biliblər: bir il ərzində onların sərvəti 320 milyon dollar artaraq, 2,8 milyarda çatıb.
Rusiyanın ən zəngin ailələrinin onluğuna, həmçinin, daxildirlər: Qapontsevlər (iki milyard dollar), Yevtuşenkovlar (1,94 milyard dollar), Rəhimqulovlar (1,89 milyard dollar), Linniklər (1,6 milyard dollar), Sarkisovlar (1,6 milyard dollar), Bajayevlər (1,51 milyard dollar) və Mixaylovlar (1,16 milyard dollar).
Nəşr qeyd edir ki, ötən il onluqda olan Məhəmmədovlar, Şalamovlar və Zubitskilərin bu il siyahıya düşmələrinə 1,16 milyard dollar çatmayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol