• $
  • €
  • ₽
  • ₺
  • £

Günəş sisteminin sürəti zəifləyib

Günəş sisteminin sürəti zəifləyib
23.08.2014 19:56
Alimlərdən ibarət beynəlxalq qrup belə qənaətə gəlib ki, Günəş sisteminin hərəkət sürəti ulduzlararası sahəni dolduran qaza nisbətən zəifləyir.Alimlərin apardıqları tədqiqatın nəticələri "Astrophysical Journal Supplement" jurnalında dərc olunub. Məlumatlar IBEX peyki (Interstellar Boundary Explorer - Ulduzlararası sahənin sərhədlərinin tədqiqatçısı) vasitəsilə əldə olunub. Peyk 2008-ci ilin oktyabrında orbitə buraxılıb və Yer ətrafında 300 min kilometrlik apogeylə güclü şəkildə dartılmış elliptik orbit üzrə hərəkət edir.Neytral heliumun atomlarını izləyən və heliosferin daxilinə sərbəst nüfuz edən IBEX zondunun ölçməsi göstərir ki, 2009-2010-cu illərdə ulduzlararası mühitdə Günəş sisteminin sürəti saniyədə 22,8 kilometr təşkil edib. Eyni zamanda, 1993-cü ildə "Ulysses" kosmik cihazının analoji ölçməsi daha yüksək, yəni saniyədə 26,3 kilometr sürəti qeydə almışdı.Alimlər istisna etmirlər ki, sürətdəki fərqlər Günəş sisteminin ulduzlararası mühitin Günəşin 19 il əvvəl yerləşdiyi regiondan fərqləndiyi qalaktika ərazisində olması ilə bağlıdır.IBEX-in məlumatlarının meydana çıxardığı çoxsaylı sualları hələ 1977-ci ildə orbitə buraxılan Voyager-1 və Voyager-2 cihazları da aydınlaşdıra bilər. Qeyd edək ki, birinci cihaz Günəş sisteminin staqnasiyalar regionu adlandırılan ərazisinə ötən ilin dekabrında çatıb. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol