• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident oğlunun ürəyi getdi - VİDEO

Prezident oğlunun ürəyi getdi - VİDEO
23.08.2014 14:40
Dua zamanı yıxılan gənci arxasında dayanan eks prezident tutubUkrayna prezidenti Pyotr Poroşenkonun oğlunun ürəyi gedib. ANS PRESS-in məlumatına görə, hadisə Kiyevdəki müqəddəs Sofiya kilsəsində, Ukrayna üçün dua oxunan zaman baş verib. Bu anlar videokameraların yaddaşına köçürülüb. Anbaan lentə alınan kadrlarda da aydın görünür ki, yeniyetmənin vəziyyəti mərasim zamanı pisləşib. O, bir necə dəfə gözlərini uzunmüddətli yumaraq səndələyib və aşıb. Gənc oğlanı onun arxasında dayanan keçmiş prezident Viktor Yuşşenko tutub. "Mir 24" kanalının məlumatına görə, hadisəyə səbəb zalda havasızlıq olması olub. Məlumata görə, yeniyetmə zaldan çıxarılıb və özünə gələndən sonra yenidən məbədə qayıdıb. Qeyd edək ki, avqusun 23-də Ukraynada bayraq günüdür. Rəsmi hissə ölkə bayrağının Kiyevdəki Sofiya meydanında qaldırlması ilə başlayıb. Mərasimdə eks prezidentlər - Leonid Kravçuk,Leonid Kuçma və Viktor Yuşşenko da iştirak edib. Xatırladaq ki, Poroşenko ikinci dəfədir ki anoloji hadisə ilə üzləşib. Belə ki, iyun ayının 7-də andiçmə zamanı fəxri qaravulda dayanan əsgərlərdən biri isti hava şəraiti ilə əlaqədar yıxılmışdı.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol