• $
  • €
  • ₽
  • ₺
  • £

DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ

DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ
15.09.2019 20:31
Kəşmir böhranı ilə əlaqədar aralarında gərginlik yaranan iki nüvə gücü olan Hindistan və Pakistanın qarşılıqlı nüvə təhdidləri davam edir.
Redaktor.az publika.az-a istinadən xəbər verir ki, Qətərin "Əl-Cəzirə” telekanalına danışan Pakistanın Baş naziri İmran Xan Hindistana qarşı nüvə gücündən istifadə ehtimalının olduğunu bir daha təkrarlayıb.

Baş nazir konvansionel (kütləvi qırğın silahlardan istifadə olunmadan üzbəüz müharibə -red.) bir döyüşü uduzacaqları halda, vətəndaşların ölümünə qədər mübarizə aparacaqlarını söyləyib.
"Allah qorusun... Ənənəvi üsullarla aparılan bir müharibəyə girsəniz və uduzmaqda olsanız, iki seçim var: Ya təslim olarsunuz, ya da azadlığınız uğrunda ölümünə qədər mübarizə apararsınız. Bilirəm ki, pakistanlılar azadlıqları uğrunda ölümünə qədər mübarizə aparacaqlar. Nüvə silahı olan bir güc ölümünə qədər mübarizə etmək qərarına gələrsə, bunun nəticələri olacaq”, - baş nazir qeyd edib.
İmran Xan qonşu Hindistanla hər cür problemləri dialoq yolu ilə həll etməyə hazır olduqlarını əlavə edib.

Xatırladaq ki, avqustun 5-də Hindistanın Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv etməsindən sonra İslamabad və Nyu-Dehli arasında gərginlik artıb. Hindistan parlamenti öz Konstitusiyasında 370-ci maddənin ləğvini təsdiqləyib. Həmin maddə ştata xüsusi status verirdi.
Avqustun 7-də Pakistan hökuməti Hindistan səfirini ölkədən çıxarmaq qərarına gəlib. İslamabad, həmçinin Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq və bu ölkə ilə ikitərəfli ticarət əlaqələrini dayandırmaq niyyətində olduğunu bəyan edib.

Qeyd edək ki, Pakistan və Hindistan nüvə silahlarına sahibdir. "Business Insider” dərgisinə görə, Pakistan 140, Hindistanın isə 130 nüvə bombasının olduğu ehtimsal edilir. Bu səbəbdən dünya ictimaiyyəti gərginliyin nüvə silahının tətbiqiylə genimiqyaslı müharibəyə gətirib çıxaracağı ehtimalından narahatdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Zelenski Türkiyəyə səfər edib
Dünya 16:48
Zelenski Türkiyəyə səfər edib
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
Dünya 12:00
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb
Dünya 08:54
Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol