• $
  • €
  • ₽
  • ₺
  • £

Kafkanın nəşr olunmamış əsərləri

Kafkanın nəşr olunmamış əsərləri
28.05.2020 20:52
İsrail kitabxanası sentyabrın 18-i tanınmış yazıçı Frans Kafkanın indiyə qədər nəşr olunmamış əsərlərini açıqlayıb, bu barədə euronews.com xəbər verir.  
 
Yazıçının ədəbi irsini üzə çıxartmaq gərgin fəaliyyət nəticəsində mümkün olub. 
 
Kafka 1924-cü ildə vəfat etməzdən əvvəl redaktor dostu Maks Broda hələ çap olunmamış əsərlərinin əlyazmalarının heç birini oxumadan hamısını yandırmağı tapşırıb.
 
Lakin Brod dostunun arzusunu yerinə yetirmək əvəzinə ölümündən sonra onun bir sıra əsərlərini nəşr etdirib. Həmin əsərlərin arasında "Məhkəmə" və "Qəsr" kimi kanonik mətnli əsərlər də var. 
 
Kafka öz dövründə elə də çox tanınmırdı. Sağlığında onun əsərlərinin az bir hissəsi çap edilib. Məhz Brod tərəfindən əsərlərinin nəşr edilməsi nəticəsində Kafka 20-ci əsrin ən tanınmış yazıçılarından birinə çevrildi. 
 
Brod 1968-ci ildə vəfat edib və Kafkanın hələ çapa verilməmiş əsərlərini onun katibəsi Ester Hof özündə saxlayıb. Esterin ölümündən sonra əlyazmalar onun qızları Eva Hof və Rut Vezlerə qalıb. İsrail rəsmiləri əlyazmaları bu iki bacıdan qanuni şəkildə ala bilmək üçün gərgin mübarizə aparmalı olublar. Kafka yaradıcılığının önəmli bir hissəsi məhz bu bürokratik mübarizələr nəticəsində işıq üzü görüb. 
 
2016-ci ilin sonunda İsrail Milli Kitabxanası məhkəmə qərarının köməyi ilə arxivlərə giriş hüququnu qazanıb. O vaxtdan bəri İsrail və Almaniyadan kolleksiya yığılıb. Həmin kolleksiyada İsveçrədən çəkilmiş bank çeki də var. 
 
İsrail kitabxanasının açıqladığı materiallara Kafkanın Broda və başqalarına yazdığı yüzlərlə məktub, "Ölkədə toya hazırlıq" əsərinin üç qaralaması və yazıçının ibri dilində yazı yazmağı öyrəndiyi və hətta şəkil çəkdiyi qeyd dəftərçəsi daxildir.
 
İsrail Milli Kitabxanasının kuratoru Stefan Lit bildirib ki, Kafka yaradıcılığına dair materiallar arasında rəsm əsərləri daha çox tanınır və yəqin ki, onlar da çox önəmlidir. Stefan Lit onu da deyib ki, tanınmış yazıçının əsərləri dünya ictimaiyyətinə rəqəmsal şəkildə təqdim olunacaq. Kurator 2019-cu ilin sonuna qədər kolleksiyanın bir hissəsinin də olsa online şəkildə təqdim ounacağına ümid edir.
 
Tərcümə:  Məhəmməd Hüseynov
 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol