• $
  • €
  • ₽
  • ₺
  • £

Avropadan Türkiyəyə ZƏRBƏ

Avropadan Türkiyəyə ZƏRBƏ
24.10.2019 17:31
Avropa Parlamenti Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Barış bulağı” hərəkatını pisləyən qətnamə qəbul edib.
Anews.azz bildirir ki, parlamentarilər Türkiyəyə bütün qüvvələrini Suriyadan çıxarmağa dair çağırışıb ediblər.

Qətnamədə bildirilib ki Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlar beynəlxalq hüquqla ziddiyyət təşkil edir.

Suriyanın şimalında BMT-nin nəzarəti altında təhlükəsiz zonanın yaradılmasının vacibliyi vurğulanıb.
Avropalı parlamentarilər tutulan İŞİD döyüşçülərinin Suriyanın şimalındakı düşərgələrdən qaçması ilə bağlı məlumatlardan ciddi narahat olduqlarını bəyan ediblər.

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentinin məlum qətnaməsi ilə bağlı bəyanat yayaraq bunu qınayıb.
"Terrorçuları daimi olaraq parlamentlərində qarşılayanların qəbul etdiyi bu qərar əslində təəccüblü deyil. Əvvəlcədən də qeyd olunduğu kimi "Barış bulağı” hərəkatı beynəlxalq hüquqa əsaslanaraq terrorizmlə mübarizə çərçivəsində aparılıb. Avropa İttifaqı və NATO tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın Suriya qanadı olan PYD/YPG-yə məxsus sığınacaqlar, hərbi texnikalar hədəf seçilib, mülki əhalinin və onlara məxsus yaşayış yerlərinin zərər görməməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Eyni zamanda "Barış bulağı” hərəkatının legitimliyi ABŞ və Rusiya ilə əldə edilən razılaşmalarda öz təsdiqini tapıb”, - deyə bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Avropa Parlamenti bunlara baxmayaraq, Türkiyəyə qarşı həqiqətdən uzaq və qərəzli qərar qəbul edib: "Avropa Parlamenti Suriyadakı PKK/PYD/YPG və İŞİD terror təşkilatları və qanunsuz miqrasiya ilə mübarizə aparan Türkiyə ilə həmrəy olmaq əvəzinə, terror təşkilatının əsassız iddialarına etibar edib. Məlum qərar Avropa Parlamenti ilə Türkiyə arasında əməkdaşlıq mühiti yaratmaq cəhdlərinə xidmət etmir”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol