Ordu daha 3 qəsəbəni azad etdi

Ölkənin şərqində antiterror əməliyyatı keçirən Ukrayna ordusu və Milli Qvardiyası daha 3 yaşayış məntəqəsini separatçılardan azad edib.APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Antiterror Mərkəzinin sözçüsü Leonid Matyuxin Bulavinskoye, Çernuxino və Aleksandrovka qəsəbələrinin separatçılardan azad olunduğunu açıqlayıb. O, Luqansk şəhərini tam mühasirəyə almağa çalışan hökumət qüvvələrinə terrorçuların şiddətli müqavimət göstərdiyini deyib: “Şəhər ətrafında baş verən döyüşdə onlar itki verərək geri çəkiliblər”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















