• $
  • €
  • ₽
  • ₺
  • £

Bu kişilərə sığınacaq veriləcək

Bu kişilərə sığınacaq veriləcək
16.11.2019 17:29
İtaliyanın bütün ərazisində boşanan və mənzilindən məhrum olan kişilər üçün sığınacaq evləri açıla bilər.

Unikal.org İtaliya KİV-nə istinadla xəbər verir ki, bu ölkədə nikahın xətm edilməsindən sonra mənzillərin 60 faizi uşaqlı qadınlara qalır. Belə halların 94 faizində isə kişilər həm uşaqlara, həm də qadınların özlərinə aliment verməli olurlar. İtaliya standartlarında bu ödənişlərin məbləği 1000-1500 avro arasındadır. Bu cür çətin vəziyyətə düşmüş keçmiş ərlər bir anda yoxsul və evsiz-eşiksiz insanlara çevrilirlər. Hətta onların bəziləri öz şəxsi avtomobilində gecələməli olurlar.

İtaliyada təsis olunmuş Boşanmış Kişilər Assosiasiyası bu hallarla bağlı hökumət orqanlarına müraciət ediblər. Sosial fəlakət həddinə çatmış vəziyyətə müdaxilə edən Latsio regionunun rəhbərliyi (paytaxt Roma da bu bölgəyə daxildir) boşanmış və maddi cəhətdən ağır vəziyyətə düşmüş kişilərə maliyyə yardımı etmək qərarına gəlib. Bundan başqa, onlar xüsusi sığınacaq evlərdə də yerləşdirilir. Lakin dövlət borcu 2 trilyon dollara çatan İtaliyanın digər regionlarının da tezliklə bu təcrübəni tətbiq edəcəyi məlum deyil

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mərmərə dənizində zəlzələ olub
Dünya 23:34
Mərmərə dənizində zəlzələ olub
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Dünya 23:10
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Dünya 23:02
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Dünya 22:14
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Dünya 21:30
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Pensilvaniyada atışma baş verib, doqquz nəfər həlak olub
Dünya 19:01
Pensilvaniyada atışma baş verib, doqquz nəfər həlak olub
Salyanda minik avtomobili yük qatarı ilə toqquşub
Dünya 17:38
Salyanda minik avtomobili yük qatarı ilə toqquşub
Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
Dünya 17:35
Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
Dünya 14:16
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol