• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD İraqı suda batıra bilər

İŞİD İraqı suda batıra bilər
14.08.2014 13:55
Mosul Su Anbarı "partlamamış bomba"dır "İraq Şam İslam Dövləti" (İŞİD) artıq bir neçə aydır ki, İraqın strateji obyektlərindən olan su hövzəsi və su elektrik stansiyasına nəzarət edir. Teleqraf.com xəbər verir ki, Mosulda Dəclə çayı və onun üzərində qurulan SES Şimali İraqın böyük hissəsinin su və elektrikə olan təlabatını ödəyir.   Rəsmi məlumata görə, İŞİD-in əlində olan SES 1010 MQB elektrik hasil edir. Su anbarı İraqın təxminən 40-45 faizinin içməli su və əkinçilik üçün ehtiyaclarını təmin edir.   1980-ci ildə qurulan su anbarı nə qədər əhəmiyyətli olsa da, bir o qədər təhlükə mənbəyi kimi narahatlıq doğurub. ABŞ İraqı işğal edəndən sonra Mosul Su Anbarının təmiri üçün 30 milyon dollar ayırıb.   Amerikalı hərbçilər bildirirlər ki, anbarən özülü getdikə çürüyür. Fundamenti zəif olduğu üçün burada hər an xoşagəlməz hadisə baş verə bilər.  Anbar partlayarsa Mosul başda olmaqla Bağdada qədər Dəclə boyu ərazilər su altında qala bilər.    İraqlı hidroloq Azzam Alvash "Vall Street Journal"a açıqlamasında  Mosul Su Anbarını "hər an partlaya biləcək bomba" adlandırıb. İŞİD-in su anbarından hərbi məqsdələri üçün istifadə etməsi ehtimalı yüksəkdir. Radikal silahlılar İraqın Qərbindəki Fəlluc su anbarını da ələ keçirib.  İŞİD ölkənin ikinci böyük su anbarı olan "Hadisə"ni ələ keçirmək istəsə də, İraq ordusu oradakı mövqelərini qoruyub saxlaya bilib.  Hadisə su anbarı və SES-i İraqın su və elektrikə olan təlabatının 30 faizini ödəyir.    Qeyd edək ki, İŞİD Fəllucdakı su anbarını ələ keçirəndən sonra anbardan şəhərlərə gedən kanalları bağlayıb. Nəticədə şəhər və qəsəbələrin rəhbərləri İŞİD-ə "biət" etməli olublar.  Əgər İŞİD buranı da ələ keçirsə, o zaman İraq xalqı və hökuməti yaraqlılardan tam asılı vəziyyətə düşə bilər.  Təşkilat Mosul anbarı ilə yanaşı “Ain Zalah” neftayırma zavodunu da ələ keçirərək nəzarətində saxladığı zavodların sayını 5-ə çatdırıb. (Teleqraf.com)ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol