• $
  • €
  • ₽
  • ₺
  • £

Qızğın döyüşlər gedir

Qızğın döyüşlər gedir
13.08.2014 09:50

Ukraynanın şərqində atəş səsləri kəsilmir.

ANS PRESS-in məlumatına görə, separatçıların nəzarətində olan Yasnuvata qəsəbəsində yerli bazar və iki yaşayış binasının artileriya bombardmanı nəticəsində azı 3 nəfər həlak olub. Donetskdən 20 kilometr aralıda yerləşən qəsəbənin əsas meydanı dağılmış beton-daş parçaları, toz qatı ilə əhatə olunub. Bazarda çıxan yanğını söndürmək üçün yerli sakinlər su vedrələri ilə yanğın mühafizə briqadasının köməyinə gəlib.Yasnuvata qəsəbəsi hazırda Ukrayna qoşunları ilə separatçı döyüşçülərin hazırkı cəbhə xətti sayılır. Aramsız artileriy zərbələri ilə əlaqədar Donetskə qatarların getdiyi dəmiryolu vağzalı müvəqqəti bağlanıb.Döyüşlər gedən bir vaxtda Rusiya hökuməti Ukraynaya 2 min ton humanitar yardım daşıyan yüzlərlə TIR yollayıb. Hələ ki, Ukrayna hökuməti yük maşınlarının ölkə ərazisinə daxil olmasına icazə verməyib, belə ki, Rəsmi Kiyevə görə, bu humanitar təşəbbüs Beynəlxalq Qırmızı Xaç komitəsi ilə koordinasiya edilməyib və bu səbəbdən yük maşınlarında həqiqətdə nələrin daşındığını bilmək olmur. Ukrayna tərəfi humanitar yardımı qəbul etsə də, maşınları sərhəddən buraxmaq istəmir. Bununla belə, Rusiya xarici işlər naziri Sergey Lavrov humanitar yardım daşıyan 260 yük maşının göndərilməsinin rəsmi Kiyevlə razılaşdırıldığını bildirib. TIR-ların yükləri ağ tentlə örtülüb, yerli keşiş isə xəta-bəladan qorunması üçün maşınlara “müqəddəs su” çiləyib.Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmiləri TIR-larda daşınan yüklər barədə məlumatsız olduqlarını açıqlayıb. Ukrayna höküməti yardıma bir halda razılaşır, karvan, hökümətin nəzarətində olan sərhəd məntəqəsinə gəlməlidir. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol