Yeni “iPad” istehsalına başlanıldı

“Bloomberg” agentliyi məlumat verir ki, “Apple” tədarükçüləri yeni nəsil “iPad” planşetlərinin istehsalına başlayıblar. 9.7 düymlük diaqonallı ekranla təchiz edilmiş yeni “iPad” planşetlərinin elanı ya cari ayın sonunda, ya da növbəti rübün əvvəlində gözlənilir. Həmçinin yeni nəsil “iPad mini” planşetlərinin istehsalına başlanılıb ki, qurğunun ilin sonunda çıxarılacağı gözlənilir. “ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tam ölçülü “iPad” modeli yeni parıltı əleyhinə ekranla təchiz ediləcək ki, bu da ekranda informasiyanı parlaq işıqda oxumağa icazə verəcək. Ehtimal edilir ki, “Apple” şirkəti planşetləri “Touch ID” barmaq izi skaneri ilə təchiz edəcək. “MacRumors” nəşri yazır ki, planşetlər daha güclü “A8” prosessoru, tam ölçülü “iPad” planşeti isə təkmilləşdirilmiş 8 meqapiksellik kamera ilə təchiz edilə bilər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















