• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə ilə bağlı dəhşətli statistika

Türkiyə ilə bağlı dəhşətli statistika
04.12.2019 23:47
Türkiyədə bu ilin 11 ayında azı 430 qadın öldürülüb. Təkcə noyabr ayında bu ölkədə 39 qadın cinayətin qurbanı olub. Oktyabr ayında bu rəqəm 36, sentyabrda isə 53 olub.

Bizimyol.info xəbər verir ki, Türkiyədə hüquq müdafiəçiləri qadına qarşı zorakılıqlarla bağlı həyəcan təbili çalır. 25 noyabr – Qafınlara yönəlik zorakılıqlara qarşı mübarizə və həmrəylik günü bu ölkədə də qeyd olunur. Bir sıra hüquqi normativ aktlar qəbul edilib. Buna baxmayaraq, ölkədə qadınlara qarşı cinayətlərin statistikası getdikcə daha da böyüyür.
"Qadın cinayətlərinə son qoyacağıq!” Platformasının yaydığı məlumata görə, Türkiyədə 2013-cü ildə 237, 2014-cü ildə 294, 2015-ci ildə 303, 2016-cı ildə 328, 2017-ci ildə 409, 2018-ci ildə isə 440 qadın öldürülüb.
Bu ilin noyabrında törədilən qadın cinayətlərinin 11-i "şübhəli ölüm” kimi qeydə alınıb. 19 qadının nədən öldürüldüyü müəyyənləşdirilməyib. 4 qadın iqtisadi bəhanə ilə, 5-i boşanmaq istədiyinə görə qətlə yetirilib. Keçmiş ərinin barışıq təklifini rədd etdiyinə, şəxsi həyatıyla bağlı müəyyən məsələlərdə özü qərar vermək istədiyinə görə öldürülən qadınların sayı da kifayət qədərdir.
Noyabr ayında qətlə yetirilən 39 qadının 11-ni kimin öldürdüyü hələ məlum deyil. Bunlardan 11 nəfəri əri, 2-si keçmiş əri, 1-i əvvəllər birlikdə yaşadığı kişi, 4-ü atası, 3-ü qohumu (tanışı), 2-si oğlu, biri qardaşı, 4-ü də birlikdə yaşadığı şəxs tərəfindən öldürülüb.
Noyabr ayında qətləı yetirilən qadınlardan 13-ü odlu silahla, 8-i kəsici alətlə, 5-i döyülərək, 3-ü kimyəvi maddə ilə, 3-ü hündürdən düşməklə, 1-i boğularaq öldürülüb. Daha 6-sının hansı şəraitdə öldürüldüyü məlum deyil.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol