• $
  • €
  • ₽
  • ₺
  • £

"İstanbulu vurarıq" - İŞİD

"İstanbulu vurarıq" - İŞİD
09.08.2014 22:02

"Türkiyə Atatürk anbarını açmasa, İstanbula hücum edəcəyik"

İraq və Suriyada böyük miqdarda torpaq ələ keçirən İraq və Şam İslam Dövləti (İŞİD) Türkiyəni də təhdid etdi. 

ANS PRESS-in məlumatına görə, Suriyanın Fırat çayı sahilindəki Rakka şəhərini nəzarət altında tutan İŞİD, news.vice.com saytında nümayiş olunan bir sənədli filmdə bir İŞİD rəsmisi Türkiyə hökuməti Atatürk anbarını açmasa, İstanbula hücum edəcəklərini deyir. 

Rakkada çəkilən 5 hissəlik İŞİD-in sənədli filminin dünən nümayiş olunan ikinci hissəsinin 3-cü dəqiqəsindən etibarən Türkiyə ilə əlaqədar bölüm başlayır. Fırat çayı üzərindəki Atatürk anbarında su tutulması səbəbiylə bölgənin su çətinliyi çəkdiyini bildirilən sənədli filmdə bir nəfər Türkiyə hökumətinə səslənərək "Dindən dönmüş hökumət (Türkiyəni nəzərdə tutur) qərarlarını nəzərdən keçirsin, deyə dua edirəm. Əgər nəzərdən keçirməzsə, İstanbulu ələ keçirəcəyik" deyir. 

İŞİD rəsmisi "Bu, bir təhdidmi?" sualına "Bəli, açıq bir təhdiddir" deyə cavab verir. O, "İnşallah əgər onlar anbarı açmazlarsa, biz onu İstanbuldan açarıq" deyə davam edir. 

Sənədli filmdə, həmçinin təşkilatın kiçik uşaqları cihad üçün necə öyrətdiyi görülür. Görüntilərdə 7-8 yaşlarındakı Belçikalı olduğu bildirilən uşağa "Cihadçımı olmaq istəyirsən, yoxsa bir intihar hücumumu təşkil etmək istəyirsən?" sualı yönəldilir. Uşaq isə Avropadakılar da daxil olmaqla "bütün kafirləri" öldürəcəyini söyləyir.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol