• $
  • €
  • ₽
  • ₺
  • £

NATO-dan Türkiyəyə dəstək gəldi

NATO-dan Türkiyəyə dəstək gəldi
29.05.2020 08:43
Türkiyənin tələbi əsasında bu gün baş tutan NATO məsləhətləşmələrindən sonra təşkilatın Baş katibi Yens Stoltenberq media qarşısına çıxıb.

BakuPost.az xəbər verir ki, Yens Stoltenberq bildirib ki, müttəfiqlər Suriyada Bəşər Əsəd rejimi və onu dəstəkləyən Rusiya tərəfindən İdlib əyalətində davam edən hava hücumlarını pisləyir: "Onları aviahücumları dayandırmağa, beynəlxalq hüquqa hörmət etməyə, BMT-nin sülh yolu ilə həll səylərini dəstəkləməyə çağırırıq”.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Suriyadakı vəziyyəti müzakitə etdiyini bildirən Baş katib bugünkü görüşün Türkiyə ilə həmrəyliyin əlaməti olduğunu qeyd edib.

"Müttəfiqlər dünən gecə İdlib yaxınlığında bombardman nəticəsində türk əsgərlərinin həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verir. NATO Türkiyəyə Suriyadan raket hücumu təhlükəsinə qarşı hava müdafiəsininin gücləndirilməsi də daxil olmaqla bir sıra tədbirlərlə dəstəyini davam etdirir”, - bəyanatda belə deyilir.

Bəyanatda, həmçinin 2018-ci il atəşkəsinə dərhal geri dönmək tələb edilir və NATO-nun regionda baş verənləri izləməyə davam edəcəyi qeyd edilir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol