• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Ermənistanı danladı

ABŞ Ermənistanı danladı
30.07.2014 10:25
"Din azadlığı Ermənistan Konstitusiyası tərəfindən müdafiə olunur, lakin bəzi qanun və qaydalar bu azadlığı məhdudlaşdırır". ANS PRESS-in məlumatına görə, cümlə ABŞ Dövlət Departamentinin iyulun 28-də nəşr olunan 2013-cü il üçün Beynəlxalq Dini Azadlıq barədə illik hesabatında yer alıb. Hesabatda, ölkədə dini təşkilatların üzləşdiyi maneələr arasında dini tikililərin ərsəyə gəlməsi və dini azlıqlara aid uşaqların məktəblərdə ayrı-seçkiliyə məruz qalması barədə məlumatlara yer verilib. "Ölkədə mövcud qanunlar erməni Apostol Kilsəsi üçün təmin edilən güzəştləri digər dini qruplara aid etmir", - deyə məlumatda bildirilir. Eyni zamanda qeydiyyatda olan dini qurumlar onların fəaliyyətində hüquqi maneələrin olmadığını da bildirir. Hesabatda deyilir ki, may ayında Ermənistan parlamenti alternativ məşğulluq üzərində mülki nəzarətin yaradılması və alternativ hərbi xidmət haqqında qanuna dəyişiklikləri qəbul edib. Bu islahatlardan sonra, hökumət məcburi hərbi və ya alternativ əmək xidməti yerinə yetirmək üçün, dini zəmində xidmətdən imtina etdiyinə görə cəza çəkən “Yehovanın Şahidləri”nin üzvlərini azadlığa buraxıb. "Bununla yanaşı bir çox media üzvləri il ərzində dini azlıqlara qarşı qərəzli mövqe göstərib. ABŞ səfirliyinin əməkdaşları dini liderləri ilə sıx əlaqədə olub, hökumət rəsmiləri ilə görüşlər zamanı din və dinlərarası dialoq azadlığının inkişafına töhfə verməyə çalışıblar. Səfirlik dövlət və kilsə münasibətlərinin müzakirəsinə həsr olunmuş iki konfransa sponsorluq edib" - deyə ABŞ Dövlət Departamentinin illik hesabatında bildirilir. Qeyd edək ki, Ermənistan əhalisinin 98,7 faizi xristiandır. Bundan 94,7 faizi erməni Apostol kilsəsinə aid, 4 faiz isə digər xristian təriqətindən olan insanlardır. 2,3 faiz Ermənistan əhalisi digər dinlərə mənsub insanlardır. Bunlar arasında Yezidi Kürdlərə aid esidizm, yəhudi və müsəlmanlar dini azlıqlar sırasındadır. Ermənistan bundan əvvəl də erməni Apostol kilsəsinin daha üstün şərtlərlə fəaliyyətinə görə tənqid olunub. Ölkənin bəslədiyi separatrçı qüvvələr tərəfindən İşğal olunmuş Azərbaycan ərazilərində onlarla məscidlər, tarixi və dini önəm daşıyan tikililər ya yerlə yeksan olunub və ya vandalizmə məruz qalıbdır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol