NATO Rusiya sərhədində hərbi baza yaradır

Rusiya sərhədinə doğru çevik reaksiya infrastrukturunu yaxınlaşdırmaq məqsədilə şərq cinahında iri hərbi baza yaratmağı planlaşdırır.APA-nın məlumatına görə, bu barədə İTAR-TASS NATO-nun Avropadakı birləşdirilmiş silahlı qüvvələrinin baş komandanı, general Filip Bridlava istinadən məlumat yayıb.“Mümkün yerləşdirilmə məntəqələri müzakirə olunur, lakin bazanın Polşanın Baltik dənizi sahilindəki Şetsin liman şəhərində yerləşəcəyi daha çox ehtimal olunur”, deyə general qeyd edib.Bundan başqa, Bridlav bildirib ki, bazada silah-sursat və ərzaq ehtiyatları yerləşdirmək planlaşdırılır. Məsələnin NATO-nun Böyük Britaniyada keçiriləcək sammitində müzakirəyə çıxarılacağı gözlənilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















