İraqın yeni prezidenti seçilib

İraq parlamentində keçirilən səsvermə nəticəsində 76 yaşlı, kürd əsilli siyasətçi Fuad Masum ölkə prezidenti seçilib.APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, ölkədə hökumət formalaşmasının ikinci mərhələsi olaraq keçirilən səsvermədən sonra aprel ayından davam edən hökumət böhranının sona çatdığı hesab olunur.Şiə məzhəbli Nuri əl-Malikinin müvəqqəti hökumət seçkilərindən bu yana ölkəni daha çox səlahiyyətlərlə idarə etməsi həm sünni, həm də kürd əsilli qrupların narazılığına səbəb olmuşdu.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















