• $
  • €
  • ₽
  • ₺
  • £

Batumidə karantində olan 50 nəfər zəhərləndi

Batumidə karantində olan 50 nəfər zəhərləndi
21.04.2020 23:00
Gürcüstan Milli Qida Agentliyi Batumidə kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə "Sputnik Gürcüstan” Acarıstan Səhiyyə nazirinin müavini Nino Nijaradzeyə istinadən məlumat yayıb.

Bildirilir ki, Batumi şəhərində hotellərdən birinin karantin zonasında qidadan zəhərlənən 50 nəfərdən koronavirus testi götürülüb. Onların nəticələri mənfi olub.
"İki gün əvvəl iki xəstədə həm zəhərlənmə, həm də koronavirus üçün xarakterik əlamətlər olub. Buna görə onlar klinikaya köçürülüb və müayinə edilib. Son iki həftədə oxşar simptomları olanların hamısına koronavirus testi edilib. Nəticələri mənfi olduğu üçün tibbi yardım göstərildikdən dərhal sonra hotelə qaytarılıblar”.

Nino Nijaradzenin sözlərinə görə, zəhərlənmə faktını araşdıran Milli Qida Agentliyi, ümumiyyətlə, bütün karantin zonalarına nəzarət edir və onların monitorinqi yalnız bu faktla əlaqələndirilmir.

Gürcüstan hökumətinin qərarı ilə koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində ölkəyə gələn bütün vətəndaşlar iki həftəlik məcburi karantinə göndərilir. Ölkə daxilində bu məqsədlər üçün 86 hotel ayrılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol