• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ bu tarixə qədər Əfqanıstandakı əsgərlərini geri çəkir

ABŞ bu tarixə qədər Əfqanıstandakı əsgərlərini geri çəkir
29.05.2020 03:07
ABŞ prezidenti Donald Tramp, Əfqanıstandakı bütün əsgərlərin 26 Noyabr Şükran gününə qədər geri çəkiləcəyini bildirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Tramp "Ağ Ev”də keçirdiyi brifinqdə qeyd edib.

"Əfqanıstandakı əsgərlərin sayını 8 minə endirmişik. Taliban və Əfqanıstan hökuməti ilə danışıqlar gedir. Onların evlərinə qaytarılması ilə bağlı müsbət danışıqlarımız var. 19 ildir ki, oradayıq və əsgər kimi yox, polis kimi davranırıq. Artıq bu qədər kifayətdir. Əsgərlərin ən qısa müddətdə geri qayıtmasını istəyirəm" – deyə, Tramp vurğulayıb.

ABŞ qoşunlarının digər ölkələrdən çıxarılması ilə bağlı da danışıqlar apardığını bildirən Tramp, Suriyadan qoşunların çıxarılması qərarını bu sözlərlə müdafiə etdi:

"Suriyada, Türkiyə sərhəddindən əsgərlərimizi çıxardığımızda hər kəs bunun faciə olduğunu dedi. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışığımız oldu və sərhəddin biz olmadan daha yaxşı olduğunu bildirdi. Bu sərhəddi 2 min ildir ki, siyasiləşdirirlər. Biz Türkiyə və Suriya sərhəddini qoruyurduq. Lakin indi əsgərlərimizi ölkəmizdə görmək istəyirik. Biz nefti qoruduq. Bundan sonra, bir nöqtədə, neftlə bağlı problemləri düzəldib, orada çıxacağıq".
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol