• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qadın snayperlər yetişdiriləcək

Azərbaycanda qadın snayperlər yetişdiriləcək
10.07.2014 18:00
Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC tərəfindən hərbi xidmət çağırışçıları üçün ixtisas kursları yenidən bərpa olunacaq.Bu barədə ANS PRESS-ə SHXÇDX-nin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-dən məlumat verilib. Cəmiyyətdən bildiriblər ki, hazırda aşpaz və sürücülük ixtisası üzrə mütəxəssislərin hazırlığı həyata keçirilir.Snayper, kəşfiyyatçı, paraşütçü, kinoloq və digər kursların başlanması istiqamətində işlər davam etdirilir:“Nazirlər Kabinetinin qərarı ilə bizə bu kursların yaradılması barəsində səlahiyyət verilib. Güc strukturları müəyyən sifarişlər verməlidirlər. Hərbi xidmət haqqında qanunda bildirilib ki, həmin ixtisaslar üzrə sifarişlər verilməlidir. Həmin sifarişlər üzrə də mütəxəssislər hazırlanmalıdır”.Cəmiyyətdən bildiriblər ki, snayper kurslarına müəyən məhdudiyyətlər var. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə snayper ixtisası üzrə kerslarda yalnız çağrışçılar iştirak edə bilərlər. 17 yaşına çatmış hərbi çağrışçı snayper kurslarına cəlb oluna bilər:“Adi vətəndaşların gəlib snayper kurslarına yazılması qeyri mümkündür. SHXÇDX-nin birbaşa vasitəçiliyi ilə bu kurslarda iştirak etmək olar. Kurslarda iştirak etmək üçün SHXÇDX-ə müraciət edilməldir. Qanunvericiliyə görə, 17 yaşı tamam olub amma hərbi xidmətə hələ ki getməyən çağrışçılar sanyaper kurslarında iştirak edə bilərlər. Həmin şəxslər istək və arzusu nəzərə alınaraq həmin kurslara cəlb olunurlar”. Hazırda snaper kurslarında iştirak edəcək olan şəxslərin sayı məlum deyil. İştirakçıların sayı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Cəmiyyətdən bildiriblər ki, xanımların snayper kurlarına cəlb olunması məsələsi hələ ki, Nazirlər Kabinetinin qərarında öz əksini tapmayıb:“Yalnız hərbi xidmət çağrışçıları bu kurslarda iştirak edə bilərlər. Qadınlar hərbi xidmətə çağırılmadıqları üçün bu kurlarda iştirak edə bilməzlər. Xanımların da bu kurslara cəlb olunmaları üçün gələcəkdə müəyyən addımlar atılacaq. Yəqin ki bununla bağlı müəyyən təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacaq”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol