• $
  • €
  • ₽
  • ₺
  • £

Cənubi Amerikada karantin qaydalarını pozanlar güllələnir

Cənubi Amerikada karantin qaydalarını pozanlar güllələnir
16.07.2020 23:00
Kolumbiyada koronavirusa yoluxmuşların sayının artması fonunda karantini pozanların öldürülməsinə başlanılıb.

Bu barədə "Daily Mail” xəbər verir.
Cənubi Amerikanın bu ölkəsinin 32 ştatının ən azı 11-də yerli silahlı qruplaşmalar karantin qaydalarının yerinə yetirilməsinə nəzarət etməyə başlayıb. Məlumata görə, onlar hökumətin qəbul etdiyindən daha sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər.

Belə ki, bəzi bölgələrdə dəstələr komendant saatının başlama vaxtını saat 17:00-a çəkiblər. Bir çox ərazilərdə baqqal mağazalarında və apteklərdə işləyənlər istisna olmaqla, digər yerli sakinlərin evdən çıxması qadağan edilib, qadağalar hətta xəstəxanalara gedənlərə də tətbiq olunub.

Bundan əlavə, kartel üzvləri vətəndaşların hərəkətini məhdudlaşdırır, yaşayış məntəqələri arasında yolları bağlayır və koronovirusa yoluxmaqda şübhəli bildiklərini isə, əksinə, bölgəni tərk etməyə məcbur edirlər.

Yerli sakinlərə tətbiq olunan qaydalar barədə "WhatsApp” messencerində göndərilən mesajlarla məlumat verilir.

Eyni zamanda, qayda pozanlar ölümlə təhdid edilir. "Daily Mail”in yazdığına görə, son aylarda dəstə üzvləri məhdudiyyətlərə riayət etməkdən imtina edən ən azı doqquz nəfəri öldürüblər. Bundan başqa, Kolumbiyanın cənub-qərbində üç nəfər parkda gəzintiyə çıxdığına görə öldürülüb.

Venesuelada cib telefonlarını təmir edən emalatxanada spirtli içki içən iki miqrantın öldürülməsi barədə də məlumat var.

Son xəbərlərə görə, Kolumbiyada COVID-19-a 165 mindən çox yoluxan qeydə alınıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol