• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada silahlılar azərbaycanlıları girov götürdü

Ukraynada silahlılar azərbaycanlıları girov götürdü
08.07.2014 18:10

Ukraynanın Luqansk şəhərində silahlılar üç nəfər azərbaycanlını girov götürüblər. Girov götürülənlərdən biri azərbaycanlı diaspor təşkilatının rəhbərinin oğludur.

Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, girov götürülən 23 yaşlı oğlu, vilayət üzrə azərbaycanlı gənclər təşkilatının keçmiş sədri Nahid Uğurluyev artıq azad olunub. O qeyd edib ki, Azərbaycan vətəndaşı olan digər iki nəfər – Lənkəran şəhərindən olan Fədail Cəfailov və Yevlax şəhərindən olan Vüsal Bağırov isə hələ də girovluqdadır: “Oğlumu bir müddət əvvəl girov götürərək yaxınlıqdakı meşəyə aparıb, onlarla bir yerdə döyüşməyi tələb ediblər. Oğlum bundan imtina etdikdə isə onu döyüblər, daha sonra isə azad olunmasının qarşılığında pul tələb ediblər. Biz dövlətin dəstəyi ilə onu azad edə bildik".

 

R. Uğurluyev digər iki Azərbaycan vətəndaşının isə hələ də girovluqda olduqlarını söyləyib: “Onları şəhərin mərkəzində tutublar. Özləri ilə döyüşmək üçün adam yığırmışlar. Azərbaycanlılar dərhal təklifdən imtina edib qaçmaq istəyiblər. Lakin onları yaralayıblar və özləri ilə aparıblar. Hələ də bir xəbər ala bilmirik”.

 

R. Uğurluyev qeyd edib ki, hadisə barədə Ukrayna xüsusi xidmət orqanları və digər güc strukturları məlumatlandırılıb. Azərbaycanlıların azad olunması üçün əməliyyat tədbirləri görülür.

 

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, hadisə barədə Azərbaycan Daxili İşlər Nazirliyinin səfirlikdəki nümayəndəsi təlimatlandırılacaq və səfirlik adından Ukraynanın aidiyyəti orqanlarına müraciət olunacaq: “Eyni zamanda konqres sədri Rasim Uğurluyevin özü ilə də təhlükəsizliyi baxımından sıx əlaqələr yaradılacaq və müvafiq tədbirlər görüləcək. Tutulan şəxslərlə əlaqədar nəticə əldə olunan kimi, rəsmi məlumat veriləcək”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol