• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkədə seçkilər koronavirusa görə ləğv edilib

Bu ölkədə seçkilər koronavirusa görə ləğv edilib
17.08.2020 09:57
Yeni Zelandiya hökuməti Oklend şəhərində koronavirus infeksiyasına yoluxma hallarının gözlənilmədən artması səbəbindən parlament seçkilərini bir ay təxirə salmaq qərarına gəlib.

Anews.az "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Casinda Ardern mətbuat konfransında bildirib.

"Nəticədə, 17 oktyabr tərəflərə təşviqat apardığımız müxtəlif şərtləri planlaşdırmaq üçün kifayət qədər vaxt verir. Hamımız eyni gəmidəyik. Hamımız eyni mühitdə kampaniya aparırıq”, - deyə Arden vurğulayıb.

Qeyd edilib ki, Yeni Zelandiyada seçkilər əvvəlcə sentyabrın 19-na təyin edilmişdi. Ölkə qanunu seçkilərin  21 noyabr tarixinə qədər keçirilməsini tələb edir.
Xatırladılır ki, Yeni Zelandiyada COVID-19-a görə tətbiq edilən fövqəladə vəziyyət rejimi aprelin 28-də başa çatmışdı.

Avqustun 11-də Oklenddə bir ailənin dörd üzvündə koronavirus aşkarlanıb. Bu, son 102 gündə ölkədə qeydə alınan ilk yerli yoluxma halı olub.

Bir gün sonra Oklendə giriş şəhər sakinlərinin evə qayıtması halları istisna olmaqla, hər kəs üçün qadağan olunub. Ölkənin qalan hissəsində karantin tədbirlərinin ikinci səviyyəsi tətbiq edilib, kütləvi toplantılar 100 nəfərə qədər məhdudlaşdırılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol