• $
  • €
  • ₽
  • ₺
  • £

Putindən Ermənistana jest

Putindən Ermənistana jest
30.06.2014 15:51
Ermənistan Rusiyadan qazı və emal olunmamış almazları rüsumsuz alacaq. ANS PRESS-in məlumatına görə, Rusiya və Ermənistan təbii qazın, neft məhsullarının və işlənməmiş almazların Ermənistana çatdırılması sahəsində əməkdaşlıq haqqında razılaşmanı təsdiqləyib. Sözügedən məsələ ilə bağlı qanun layihəsini Rusiya prezidenti Vladimir Putin imzalayıb. Tərəflər arasında razılaşma 2 dekabr 2013-cü il tarixində İrəvanda imzalanıb. Razılığa əsasən Rusiya tərəfi Ermənistanın daxili istehlakı üçün lazım olan həcmlərdə neft məhsullarından və təbii qazdan ixracat gömrük rüsumlarını almayacaq. Ermənistana işlənməmiş təbii almazların isə Rusiya almaz çıxarma müəssisələri tərəfindən müəyyən olunmuş şərtlərlə göndərilməsi planlaşdırılır. Rusiyadan Ermənistana gömrük rüsumundan azad olaraq gətirilən məhsulların Rusiyaya geri ixracı qanunla qadağan edilib. Qeyd edək ki, Rusiya, Qazaxıstan və Belarusiya prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko 29 mayda Astanda Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləni imzalayıblar. Ermənistanın da yaxın vaxtlarda bu üç ölkəyə qoşulacağı gözlənilir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol