İŞİD təhdid etdi: Kəbəni dağıdacağıq

İraq İslam Şam Dövləti (İŞİD) qruplaşmasının təmsilçiləri Səudiyyə Ərəbistanını ələ keçirdikdən sonra Kəbə evinin dağıdılacağını bəyan edib.APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İŞİD Səudiyyə Ərəbistanının Arur şəhərini nəzarət altına almağı və buradan əməliyyatlara başlamaq niyyətindədir. İŞİD üzvü Əbu Turab Əl-Müqəddəsi Məkkədə yerləşən Kəbə evinin dağıdılacağını deyib: «Allahın izni ilə şeyximiz Əl-Bağdadi rəhbərliyi ilə Məkkədə daşlara ibadət edənləri öldürəcəyik və Kəbəni dağıdacağıq. İnsanlar daşlara toxunmaq üçün Məkkəyə gedirlər, Allah üçün deyil».ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















