• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident ayaq üstə alqışlandı

Prezident ayaq üstə alqışlandı
26.06.2014 23:17
Ukrayna prezidenti Avropadan növbəti dəfə dəstək istədi 
“Ukraynadakı münaqişə yalnız dinc danışıqlar yolu ilə nizamlana bilər. Mən dünya birliyini doğu (şərqi) Ukraynada münaqişənin dayandırılması üzrə səylərini əsirgəməməyə çağırıram”. 
Ukrayna prezidenti Petro Poroşenko bu sözləri iyunun 27-də Avropa Şurası Parlament Assambleyasının toplantısındakı çıxışı zamanı deyib. Yada salaq ki, Avropa Şurasının yaz sessiyasının gündəliyinə yalnız Ukraynadakı 25 may növbədənkənar prezident seçkiləri haqqında qurumun hesbatının dinlənilməsi daxil edilmişdi. Ancaq sessiyasının ilk günündə Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör prezident Petro Poroşenkonun sessiyaya dəvət edilməsini təklif etmişdi. Səsvermə ilə məsələ gündəliyə salınmışdı.
Ukrayna prezidenti deyib ki, beynəlxalq aləm onun barış planını dəstəkləsə də, Moskva bu planın həyata keçməsi üzrə heç bir addım atmır: “Rusiya münaqişənin aradan qalxması üçün konkret addımlar atmalı, yaranan son dərəcə təhlükəli durumdan çıxmaq üşün yollar aramalıdır. Bu gün ən vacib məsələ Rusiyanın Ukrayna sərhələrindən başlayaraq ölkənin içərilərinə doğru hərbi müdaxiləsini aradan qaldırmaq, həmin ərazilərdə barışı təmin edəcək beynəlxalq sülhməramlı qüvvələr yerləşdirməkdir”.
20 dəqiqə davam edən çıxışında Petro Poroşenko dəfələrlə Avropa strukturlarını Ukraynaya dəstəyini əsirgəməməyə çalışır: “Ukrayna xalqı mənə etimad edib. Mənim əsas vəzifəm ölkəyə rəhbərlik etdiyim bu ağır dönəmdə vətəndaşların etimadını doğrultmaq, dünya birliyinin dəstəyi ilə Ukraynanı böhrandan çıxarmaqdır. Biz Ukraynanı sivil dünyanın bir parçası, barış və rifah içərisində görmək istəyirik. Avropanın doğu sərhədlərində sabit, inkişafda olan bir ölkənin varlığı Avropanın təhlükəsizliyinin təminatıdır. Ölkədə demokratiyanın inkişafı, dövlət aparatının fəaliyyətinin şəffaflığı üçün bir sıra islahatlara ehtiyac var. Onlardan bəziləri artıq başlayıb. Korrupsiyanı tamamilə ləğv etmək, şəffaf vətəndaş cəmiyyəti yaratmaq bizim üçün prioritetdir. Məhkəmə islahatları artıq nəticələrini verməyə başlayıb. Biz ölkədə məhkəmə hakimiyyətinin tam müstəqilliyini, vətəndaş cəmiyyətinin məhkəməyə etimadını ən yüksək səviyyəyə qaldırmağı hədəfləmişik. Bütün bu islahatlar ölkənin bir hissəsində gedən savaşa görə ləngiyir. Bu ali kürsüdən bütün Avropa dövlətlərinə səslənərək Ukraynaya hüquqi və digər müstəvilərdə yardımını əsirgəməməyə çağırıram”.
Petro Poroşenko çıxışının bir hissəsini də Krım məsələsinə həsr edib. Dövlət başçısı deyib ki, Ukrayna işğal faktı ilə yanaşı Rusiyanın işğal etdiyi torpaqlarda yaşayan vətəndaşlarının hüquqlarının məhdudlaşdırılmasından da narazıdır: “Krım Ukrayna torpağıdır, Rusiya həmin torpaqları işğal edib və dünya birliyi bu həqiqəti bilir. Rəsmi Moskva bu cür məsuliyyətsiz addımları ilə regiondakı barışı ciddi təhdid altına qoymaqdadır. Bu durumu dəyişmək yalnız dünya birliyinin ortaq səyləri ilə mümkün ola bilər”.
Avropa parlamentarları Petro Poroşenkonn çıxışını ayaq üstə alqışlayıb.
İyunun 27-də Ukrayna nümayəndə heyəti Avropa Şurasının baş katibi Torbörn Yaqland, Avropa Şurası Parlament Assambleyasının baş katibi xanım Ann Brasörlə də görüşüb. Toplantılara qatılan Krım türklərinin lideri Mustafa Cəmiloğlu işğal altında olan ərazilərdə insanların ağır şərtlər altında yaşamasını gündəmə gətirib. Avropa Birliyi rəsmilər məsələnin beynəlxalq hüquq normalarına uyğun çözülməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.
"Yeni Müsavat"
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol