• $
  • €
  • ₽
  • ₺
  • £

“3D” ekranlı smartfon nümayiş etdirildi

“3D” ekranlı smartfon nümayiş etdirildi
20.06.2014 19:40
“Amazon” şirkəti ABŞ-da “3D” ekranlı “Fire Phone” smartfonuna ilkin sifariş qəbuluna başlayıb. Aparat iyulun 25-dən əlçatan olacaq. Bu haqda şirkətin internet mağazasının saytında məlumat verilib. “ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, baş direktor Cef Bezos şirkətin birinci smartfonunu Sietl şəhərində nümayiş etdirib. Bu haqda “Mashable” resursu yazıb. Qurğunun əsas özəlliyi odur ki, istifadəçi eynəksiz üçölçülü təsvirlər görmək imkanına malikdir. Bundan əvvəl “HTC şirkəti “Evo 3D” modelini buraxıb, amma bu cihaz istifadəçilərin rəğbətini qazana bilməyib. Amma “Fire Phone” aparatında istiqamətin izlənilməsi hesabına “3D” effekti gücləndirən “Dynamic Perspective” texnologiyası tətbiq edilib. Bezos “3D” ekranın internet sörfinq və alış-veriş üçün tətbiqini nümayiş etdirib. İstifadəçi ekrana toxunmadan sadəcə telefonu lazımi istiqamətdə əyərək menyu punktlarını aça bilər. “Amazon” şirkəti “Fire Phone” alıcılarına şəkillərin saxlanılması üçün “Amazon Cloud” “bulud” xidmətində limitsiz həcm təklif edir. Yeni qurğuda kameranın təsvir ölçüsü 13 meqapiksel təşkil edir. “Firefly” klavişinə sıxdıqda smartfon onun kamerasının obyektivinə düşən jurnal, QR kod, telefon nömrəsi və ya televiziya verilişinin şəklini çəkir, onları təyin etməyə çalışır və “Amazon” internet mağazasında elektron analoqunu satın almağı təklif edir. O, həmçinin fon səsləri arasında mahnı və verilişləri ayırd edə bilir və onları satın almaq imkanı yaradır. Qurğudakı video və audiokontent “Amazon Fire TV” media əlavəsi, “Xbox” və “Playstation” oyun konsolları kimi başqa qurğulara ötürülə bilər. “Fire Phone” smartfonunun ön və arxa paneli cızıqlara dayanıqlı “Gorilla Glass” şüşəsi, 4.7 düymlük HD ekran, 2,2 QHs takt tezlikli dördnüvəli “Snapdragon 800” prosessoru ilə təchiz edilib. Qurğu 2 QB əməli yaddaşa malikdir. 32 QB-lıq daxili yaddaşa malik versiyanın qiyməti 650 dollar, 64 QB-lıq versiyada isə 750 dollar təşkil edir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol