• $
  • €
  • ₽
  • ₺
  • £

Araiklə bağlı heç bir məlumat verilmir

Araiklə bağlı heç bir məlumat verilmir
02.11.2020 15:36
Özünü qondarma "Dağlıq Qarabağ respublikası”nın prezidenti kimi təqdim edən Araik Arutyunyandan bir neçə gündür ki, xəbər yoxdur.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Arutyunyanın yeganə fəaliyyət sahəsi olan Feysbuk hesabı da son günlərdə aktiv deyildi və paylaşımlar edilmirdi.

Dünəndən xarici mətbuatda Arutyunyanın Azərbaycan Ordusunun aviassiyası tərəfindən vurulması haqda məlumat yayılıb. Ardınca isə Azərbaycan Müdafiə Nazirliyi düşmənə məxsus hərbi kortejə daxil olan avtomobilin vurulması anının videogörüntülərini yayımladı. Burada Araikin adı çəkilməsə də, kortejdə yüksək rütbəli məmurun olması dəqiqdir.

Araik Arutyunyanın məhv edilməsi xəbəri sosial şəbəkələrdə və mediada tirajlansa da, rəsmilər bunun bağlı açıqlama verməyib. Lakin Ermənistan separatçıların müdafiə naziri Cəlal Arutyunyanın ölümünü pərdələdiyi kimi bunu da gizlətməyə çalışır. Bu gün Araik Arutyunyanın adından iki nazirin işdən çıxarılması haqda sərəncam yayılıb.

Ermənistan ictimaiyyəti Araikin canlı yayımda müraciət edərək ölmədiyini təsdiqləməsini gözləsə də, bir saat əvvəl Araikin guya öz yaxın adamlarına təlimat və mükafat verdiyi video Feysbuk səhifəsində yayımlanıb. İstifadəçilərin əksəriyyəti videonun köhnə olduğu qənaətinə gəlib. Videoda görünənlər arasında olan Suren Alaverdyan iki gün əvvəl Xocavənd istiqamətində döyüşlərdə məhv edilib. 

Araik Arutyunyanın Feysbuk səhifəsini bu günədək 7 nəfər idarə edirdi və onların hər biri Qarabağdan olan şəxslər idi. Feysbuk platforması da həmin ərazini qanuni olaraq Azərbaycan torpağı kimi tanıdığı üçün saxta prezidentin səhifəsinin Azərbaycandan idarə olunduğunu göstərirdi. Bu gün isə Araikin hesabının idarəetməsinə daha 4 nəfər qoşulub, onlar isə Ermənistandadır və səhifəni oradan idarə edirlər. Bu da onu deməyə əsas verir ki, zərərsizləşdirilən Araiki "yaşatmaq” üçün erməni adminlər onun səhifəsinə can verməyə çalışırlar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol