• $
  • €
  • ₽
  • ₺
  • £

Xamneyinin Təbrizdəki nümayəndəsi Urmu gölündən danışdı

Xamneyinin Təbrizdəki nümayəndəsi Urmu gölündən danışdı
11.06.2014 10:49
İranın dini lideri Xamneyinin Təbrizdəki nümayəndəsi Müctəhid Şəbistəri Urmu gölünə diqqət yetirilməsini istəyib. O deyib ki, Urmu gölünü tərk etmək lazım deyil. Dövlətin Urmu gölü ilə bağlı vədlərindən 10 ay keçir, lakin təəssüflə heç bir əməli iş müşahidə edilmir. 
Şəbüstəri həmçinin deyib ki, gölü qurtarmaq üçün proqramlar uzun müddətlidir və gözləniləndən də uzun müddət nəzərə alınıb. Əgər Tehranda baş verən fırtına Urmiyə gölü ətrafında baş versə daha dəhşətli təhlükələri olacaq. O Urmiyə gölünün həyatı olmasına da təkid edib.
GünAz.TV-nin xəbərinə görə, İran rəsmilərinin bu kimi açıqlamaları ancaq ictimaiyyətdə ümumi narazılıq artan zaman əhalini sakitləşdirməyə hesablanır.
İyunun 9-da Urmiyənin Ellərbağı parkında 20 nəfərə yaxın soydaşımız yaxalanıb. Bəzi məlumatlara görə, yaxalanan fəallar Urmiyənin “9 pillə” təcridxanasına aparılıb.
Məlumata görə, Yasir Əkbəri, Ruhullah Məzahiripur, Əmir İbrahimlu və Əta Kərimi tutulanlar sırasındadır. Onlar bundan öncə də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.
Xatırladaq ki, bundan öncə bir sıra azərbaycanlı fəal, ətraf-mühit tərəfdarı əhaliyə çağırış edərək, onları iyunun 10-da  Urmu gölünün qurudulmasına qarşı kütləvi etirazlar aksiyalarına dəvət etmişdilər. Həbslərin məhz bu çağırışlarla əlaqədar olduğu ehtimal edilir.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol