• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı oğrular İstanbulda atışdı: ölən və yaralanan var

Azərbaycanlı oğrular İstanbulda atışdı: ölən və yaralanan var
10.06.2014 13:57
Dünən saat 13:30-da Türkiyənin Ədirnə şəhərində qanuni oğrular arasında atəşma baş verib.Əski İstanbul küçəsində baş verən atışmada iki oğru klanının üz-üzə gəldiyi barədə Publika.az məlumat yayıb. Qruplardan biri  hadisə yerinə Rusiya dövlət nömrə nişanlı (P 878 EC 177) avtomobillə gəlib. Digər qruplaşmanın avtomobilində yerli dövlət nömrə nişanı olub. Ümumilikdə, atışmada içərilərində ruslar və gürcülər də olmaqla, bir neçə nəfər iştirak edib.Günorta çağı baş verən toqquşmanın şəhər əhalisində xof yaratdığı qeyd olunur. Hadisə yerində polis beş nəfəri həbs edib. Onlardan biri ayağından güllə yarası alıb. Əməliyyat zamanı Hüseyn İmraq adlı türk polisi öldürülüb.Xatırladaq ki, Türkiyə son illər bir çox azərbaycanlı və gürcü avtoritetlərin daimi yaşayış məskəninə çevrilib. 2012-ci ildə Rövşən Lənkəranskinin qruplaşması İstanbulda digər azərbaycanlı qaninu oğru Baxış Əliyevə uğursuz sui-qəsd təşkil etmişdi. B.Əliyev o hadisədən salamat qurtulsa da, bu ilin aprelində Odessada killer gülləsindən yayına bilmədi.Keçən yay isə Lənkəranskinin klanı İstanbulda avtoritet Gela Kardavanın klanının üzvlərini qəddarcasına döymüşdülər. Bu hadisədən cəmi bir gün sonra Türkiyə paytaxtında digər oğru, “Qoca” ləqəbli Əlibala Həmidov öldürüldü. “Qoca”nın başını beysbol ağacı ilə əzib, sonra güllələmişdilər.Əslində, bütün bu hadisələrin kökündə iki azərbaycanlı qanuni oğrunun – Rövşən Lənkəranski ilə Nadir Səlifovun (“Lotu Quli”) arasındakı düşmənçilik durur. Son vaxtlar bu konfliktə daha bir azərbaycanlı qanuni oğru Əli Heydərov (ləqəbi “Albert Rıjıy”) da qoşulub.Qeyd edək , Lotu Quli hazırda Azərbaycanda, 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəksə də, özü kimi oğru tacı daşıyan dogma qardaşı Namiq kriminal aləmdə onun maraqlarını qoruyur. Ehtimal edilir ki, Türkiyədəki son olay Lotu Quli ilə Albert Rıjının  klanları arasında baş verib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol