• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistanda “TikTok” qadağan edildi

Hindistanda “TikTok” qadağan edildi
26.01.2021 21:00
Hindistan hökuməti Çinin mobil tətbiqlərinə qarşı sanksiyaları sərtləşdirib və populyar "TikTok”, "Baidu”, "WeChat” da daxil olmaqla, 59 tətbiqin ölkə ərazisində istifadəsini həmişəlik qadağan edib.


Anews.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Times of India” qəzeti Elektronika və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən məlumat yayıb.


"Keçən həftə 59 Çin tətbiqinə fəaliyyətlərinin Hindistanda həmişəlik qadağan olunduğuna dair rəsmi bildirişlər göndərilib. Çin tətbiqlərinə qarşı addımlar Hindistanın suverenliyinə və bütövlüyünə, habelə dövlət təhlükəsizliyinə və ictimai asayişə zərər verən fəaliyyətlərlə əlaqədar olaraq Hindistanın informasiya texnologiyaları haqqında qanunu əsasında atılıb. Qadağalar həmçinin Hindistan şirkətlərinin məlumatların toplanması və işlənməsi, bu məlumatların məxfiliyi və təhlükəsizliyini qorumaq üsulları ilə bağlı sorğularına cavab olaraq Çin şirkətlərinin reaksiyasına görə tətbiq edilib”, - nazirlikdən vurğulanıb.


Tam qadağa "Android” və "iOS” əməliyyat sistemlərində işləyən bir sıra Çin mobil tətbiqlərinin istifadəçilərinin fərdi məlumatlarından sui-istifadəsi ilə bağlı çoxsaylı şikayətlərə cavab olaraq tətbiq edilib. O cümlədən bəzi proqramların cihaz sahiblərindən şəxsi məlumatlarını topladığı və sonradan Hindistan xaricində yerləşən serverlərə ötürdüyü iddia edilirdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol