Ermənistan azad ticarət zonası yaradır

Ermənistan İranla sərhəddə azad ticarət zonası yaratmağı planlaşdırır. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan açıqlama verib.Onun sözlərinə görə, İranla iqtisadi əlaqələr Ermənistan üçün vacib məsələlərdən biridir: “İran bizim tərəfdaşımız və dostumuzdur”. Nazir bildirib ki, azad ticarət zonasının yaradılması ilə bağlı layihə həm Ermənistan, həm də xarici ölkələrdə fəaliyyət göstərən iş adamlarının marağına səbəb olub. Nazir azad ticarət zonasının nə vaxt yaradılacağına və layihəyə nə qədər vəsait sərf ediləcəyinə dair suallara cavab verməyib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















