• $
  • €
  • ₽
  • ₺
  • £

Əsəd yenidən prezident oldu

Əsəd yenidən prezident oldu
05.06.2014 09:12
Bəşər Əsəd 88,7% səs yığaraq Suriyada keçirilən prezident seçkilərində qalib gəlib.ANS PRESS-in məlumatına görə, Bəşər Əsəd səslərin hesablanmasından sonra Suriyada prezident seçkisində tam qələbə qazanıb.Əsədin qələbəsi haqda məlumatı Suriya parlamentinin sədri Məhəmməd Alyaxam xəbər verib.Parlamentin spikeri bildirib ki, qüvvədə olan dövlət başçısı üçün 88,7% (10,2 milyon insan) səs verilib.Suriya Mərkəzi Seçki Komissiyasının rəsmi nümayəndəsi Məcid Xadra prezident seçkilərində iştirak etmənin isə 73,42% olduğunu deyib. Qeyd edək ki, Suriyada keçirilən prezident seçkisi üçün təyin edilən vaxt 5 saat artırıldığından ötən gün gecə saatlarınadək verilən səslərin sayılma prosesi davam etmişdi. Hökümətlə atəşkəs razılaşmasından sonra yüzlərlə üsyançının tərk etdiyi Suriyanın 3-cü ən iri şəhəri olan Homsda da Bəşərə Əsədin namizədliyini dəstəkləyənlər seçki məntəqələrinin qarşısında uzun növbələr yaradıb. Seçki prosesinə etirazını bildirən üsyançılar müxtəlif bölgələri havadan bombalayıb. Xeyli sakin əşyalarını toplayaraq, iri yük maşınlarında şəhər hüdudlarını tərk edib. Hələbdə çəkilmiş həvəskar görüntüdə isə helikopterin məscid yaxınlığında yerə mərmilər buraxdığını da görmək olur. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol