• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda səfərbərlik elan edilə bilər

Ermənistanda səfərbərlik elan edilə bilər
04.06.2014 21:28
Ermənistanın Vətəndaş Cəmiyyəti liderləri ölkədə səfərbərlik elan olunmasının vacibliyinə diqqət çəkirlər. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, onlar Qazaxıstan prezidenti Nursultan Nazarbəyovun Astanada keçirilən Avrasiya İqtisadi Birliyinin yaradılmasına həsr edilmiş toplantıda Ermənistanın quruma Dağlıq Qarabağsız üzv olmasının vacibliyi ilə bağlı səsləndirdiyi bəyanatdan sonra ölkələri üçün real təhlükə yarandığını hesab edirlər. Tiqran Xızmalyan adlı siyasətçi Astanada səslənən fikirlərin Ermənistan üçün ölümcül təhlükə daşıdığını bildirib: “Mən heyrətlənirəm ki, heç kim Ermənistanın qısa müddət ərzində Avrasiya Birliyinə üzv olunmaq şərtinə reaksiya göstərmədi. Biz əvvəllər İndi ruslar yeni addımlar atmaq üçün bizi qurban verməyə qərar veriblər. Astana toplantısından sonra Ermənistan və Qarabağ üçün ciddi təhlükə yarandığı məlum oldu”. Xatırladaq ki, Astanadakı toplantıda Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib ki, "Biz Azərbaycan prezidentinin məktubunu almışıq. Bütün prezidentlər alıb. Ermənistan Ümumdünya Ticarət Təşkilatına BMT tərəfindən tanınmış beynəlxalq sərhədləri çərçivəsində üzv qəbul olunub və indi də qaydalar Ermənistan ərazisinə bu prinsiplə şamil edilməlidir. Biz bunu bu gün həll etməyək, sadəcə müzakirə üçün deyirəm. Biz bütün sualları bağlamalıyıq ki, biz necə edirik. Razıyıq, elədirmi? Onda birinci məsələ üzrə qərar var". Nazarbayev deyib ki, bu şərtlərin olmaması rəsmi Bakının xoşuna gəlməyəcək. "Əks halda bu, Azərbaycandan olan bir dostumuzu qıcıqlandıra bilər".Nazarbayevin bu bəyanatından sonra Sarkisyanın israrla baxdığı Vladimir Putinin heç bir reaksiya verməyərək jurnalı vərəqləməsi jurnalistlərin diqqətindən yayınmayıb. Bundan sonra Sarkisyan iyunun 15-dək Ermənistanın təşkilata qoşulacağını deyib. Vladimir Putin isə İttifaqın yaranmasını "ilin hadisəsi" adlandırıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol