• $
  • €
  • ₽
  • ₺
  • £

Obama: “Krımın işğalını tanımırıq”

Obama: “Krımın işğalını tanımırıq”
04.06.2014 18:55
Polşada səfərdə olan ABŞ prezidenti Barak Obama demokratik dövlətlərin yeni Ukrayna hakimiyyətinə dəstəyini ifadə edərək Rusiya Federasiyasını Ukraynada vəziyyəti gərginləşdirməyə davam edəcəyi təqdirdə yeni sanksiyalarla hədələyib.APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, B. Obama Polşada ilk demokratik parlament seçkilərinin keçirilməsinin 25 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib. ABŞ prezidenti bildirib ki, azad xalqlar çiyin-çiyinə dayanaraq Rusiyanın bundan sonrakı təxribatlarının bu ölkə üçün daha böyük təcrid və xərclər bahasına başa gəlməsinə nail olacaqlar: “Biz bir yerdəyik, ona görə ki, sülh və təhlükəsizlik uğrunda mübarizənin hər xalqın üzərinə düşən məsuliyyət olduğunu bilirik. İmperiyalar dövrü arxada qalıb. Böyük xalqlar kiçikləri qorxuda və ya onlara öz iradəsini sırıya bilməz”.    B. Obama bəyan edib ki, ABŞ Rusiya tərəfindən Krımın ələ keçirilməsini tanımır: “Qələmin mürəkkəbi heç vaxt kiminsə torpağının oğurlanmasına xidmət edə bilməz, ona görə də biz Krımın işğalını və Ukraynanın suverenliyinin pozulmasını tanımırıq”. B. Obamanın sözlərinə görə, ukraynalılar öz etiraz aksiyaları ilə korrupsioner rejimi devirmək və xalqın maraqlarını qoruyan hakimiyyət qurmaq istəyib: “Hətta onları döyəndə və güllələyəndə belə, onlar təslim olmadılar, səsvermədə iştirak edib, azad seçkidə yeni prezident seçdilər”. ABŞ-ın dövlət başçısı başqa ölkələrin Ukraynanın daxili işlərinə qarışmasını yolverilməz adlandırıb.  Tədbirdə iştirak edən Ukraynanın yeni prezidenti Pyotr Poroşenko B. Obamanın çıxışından sonra ona yaxınlaşaraq təşəkkür edib. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol